Elanlar
“Coğrafiya və Təbii Resurslar” jurnalının nəşr fəaliyyəti, məqalə qəbulu və əhatə dairəsi ilə bağlı rəsmi elanlar bu səhifədə təqdim olunur.
Jurnalın əhatə dairəsinin genişləndirilməsi
2026-cı ildən etibarən “Coğrafiya və Təbii Resurslar” jurnalı öz əhatə dairəsini genişləndirərək aqrar elmlər sahəsini də daxil etmişdir.
Jurnal artıq torpaqşünaslıq, aqrokimya, kənd təsərrüfatı coğrafiyası, aqrar ekosistemlər və digər əlaqəli istiqamətlər üzrə aparılan elmi tədqiqatları da qəbul edir.
Bu dəyişiklik jurnalın multidissiplinar xarakterini gücləndirməyə, coğrafiya ilə aqrar elmlərin kəsişməsində aparılan müasir tədqiqatlar üçün daha geniş akademik platforma yaratmağa xidmət edir.
Məqalə qəbulu (Cild 12, Nömrə 1 – 2026)
“Coğrafiya və Təbii Resurslar” jurnalının 2026-cı il üzrə Cild 12, Nömrə 1 buraxılışı üçün məqalə qəbulu 1 yanvar tarixindən 1 may tarixinədək davam edir.
Müəlliflər məqalələrini jurnalın tələblərinə uyğun şəkildə onlayn sistem vasitəsilə təqdim edə bilərlər. Təqdim olunan materiallar ikiqat kor rəyçilik (double-blind peer review) prosesindən keçirilir.
Jurnala məqalələr Azərbaycan və ingilis dillərində qəbul olunur və nəşr edilir.
Məqalə qəbulu (Dekabr buraxılışı)
Jurnalın dekabr buraxılışı üçün məqalə qəbulu hər il 1 iyul tarixindən 1 noyabr tarixinədək həyata keçirilir.
Təqdim olunan məqalələr jurnalın redaksiya siyasətinə və müəllif qaydalarına uyğun şəkildə qiymətləndirilir və müvafiq rəyçilik mərhələsindən keçirilir.
Müəlliflərə tövsiyə olunur ki, məqalə göndərməzdən əvvəl jurnalın “Müəlliflər üçün” bölməsində təqdim olunan tələblərlə tanış olsunlar.
