DÖVLƏT PROQRAMLARINDA TİKİNTİ MATERİALLARI SƏNAYESİNİN İNKİŞAF ETDİRİLMƏSİNİN PERSPEKTİVLİYİ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ MƏSƏLƏLƏRİNİN ƏSASLANDIRILMASI
N.K.Abdullayeva
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2023.20.44.009
X ü l a s ə
Məlumdur ki, son illərdə paytaxt və ətraf bölgələrdə yaranan ekoloji problemlərin böyük bir qismi tikinti materialları sənayesinin sürətlə inkişafı ilə əlaqədardır. Son 20 ildə respublikada artan tikinti-quruculuq işləri tikinti materialı istehlakını artırmaqla daha çox tikinti materialı xammalının hasilat və emalına gətirib çıxardıb. Əlbəttə, tikinti materialı xammalının hasilat və emalının artması ətraf aləmin daha çox çirklənməsi deməkdir. Eyni zamanda hasilat və emaldakı artım xammal ehtiyatların daha tez tükənəcəyi ilə əlaqədar narahatlıqların yaranmasına səbəb olub. Bu məqsədlə məqalədə Bakı və Abşeron-Xızı iqtisadi rayonlarında tikinti materialları sənayesinin inkişaf etdirilməsinin perspektiv istiqamətləri və ətraf mühitin mühafizəsi məsələləri təhlil edilmişdir. İlk növbədə hər iki iqtisadi rayonda tikinti materialları sənayesinin inkişafına və ətraf mühitin çirklənməsinə təsir göstərən təbii və iqtisadi amillər öyrənilmişdir. Regionda tikinti materialları sənayesinin müasir vəziyyəti, perspektivləri və ətraf mühitin mühafizəsi məsələləri statistik və elmi materiallar əsasında təhlil edilmişdir.
Açar sözlər: tikinti materialları, dövlət proqramları, ekoloji problemlər, tikinti sənayesi, təkrar emal, ekoloji problemlər
ƏDƏBİYYAT
- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan respublikası prezidentinin sərəncamı. Bakı şəhəri, 2 fevral, 2021-ci il, № 2469, 6 s.
- “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 29 yanvar, 2019-cu il, № 500, 184 s.
- Abdullayeva N. Abşeron-Xızı iqtisadi rayonunun mineral tikinti xammal resursları // AMEA, Qarabağ və və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi mövzusunda elmi-praktiki konfransın materialları, Bakı, 2022, 75-84 s.
- Azərbaycan regionları. ARSK-nin materialları. Bakı, 2022, 775 s.
- Azərbaycan respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı, 2015, 400 s.
- Azərbaycan sənayesi. ARSK-nin materialları. Bakı, 2022, 213 s.
- Azərbaycanda tikinti. ARSK-nin materialları. Bakı, 2022, 256 s.
- Bakı şəhərinin statistikası. ARSK-nin materialları. Bakı, 2022, 55 s.
- Bayramov V.A. Milli iqtisadiyyatın dayanıqlılığı. Bakı, 2019, 304 s.
- İmanova S.H Torpaqların ekologiyası və mühafizəsi yolları (Abşeron yarımadası timsalında). Bakı, 2014, 173 s.
- Paşayev N.Ə. Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında yaşıl iqtisadiyyatın ərazi təşkilinin inkişaf perspektivləri // AMEA, Qarabağ və və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi mövzusunda elmi-praktiki konfransın materialları, Bakı, 2022, 28-39 s.
- Sənaye Məhsullarının Statistik Təsnifatı, 2019. Bakı, 2021, 300 s.
- Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı. Bakı ş., 16 mart 2020-ci il, № 1941, 8 s.
- Антропогенная геоморфология большого Баку/ Э.К.Ализаде, С.А.Тарихазер, С.Г.Мамедов [и.д] Баку: НАНА, 2017, 297 с.
Çapa qəbul olunub: 20 dekabr 2023
Məqaləni yüklə
N.K.Abdullayeva – Dövlət proqramlarında tikinti materialları sənayesinin inkişaf etdirilməsinin perspektivliyi və ətraf mühitin mühafizəsi məsələlərinin əsaslandırılması. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 62-71.