DAŞQIN SULARI ALTINDA QALMIŞ TORPAQLARIN ƏSAS GÖSTƏRİCİLƏRİ
G.F.Əsgərova
Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu,
AZ 1073 Bakı ş, Məmməd Rahim küçəsi 5,
X ü l a s ə
Müasir əkinçilik torpaqəmələgəlmə prosesində və torpaq xassələrində baş verən dəyişiklikləri nəzərə almaqla onların səmərəli istifadəsinə əsaslanır. Bu baxımdan tədqiqat obyekti olan Muğan düzündə Sabirabad rayonunun daşqın suları altında qalmış və münbitliyini itirmiş suvarılan çəmən- boz torpaqlar xüsusi maraq doğurur. Daşqın suları altında qalmış suvarılan çəmən- boz torpaqların bərpası üçün bu torpaqların fiziki və aqrokimyəvi göstəricilərinin kompleks öyrənilməsi işin aktuallığını təşkil edir. Suvarılan çəmən- boz torpaqlarda fiziki gilin (<0,01mm hissəciklər) miqdarı xam torpaqlarda 81,24- 88,0%, taxıl altında isə 45,72- 81,40% təşkil edir. Aqrokimyəvi göstəricilərdən humusun miqdarı çəmən- boz torpaqlarda müvafiq olaraq 0,41- 2,92% və 0,53- 2,45%, karbonatlığın ən yüksək göstəriciləri isə 12,32% və 13,90%- dir. Bu da torpaqlarin əkinə yararlı olduğunun göstəricisi kimi qəbul edilə bilər.
Açar sözlər: morfogenetik diaqnostika, aqrokimyəvi göstəricilər, çəmən- boz torpaqlar, humus, udulmuş əsaslar, qranulometrik tərkib
ƏDƏBİYYAT
- Аzərbaycan torpaqlarının morfogenetik profili. М.Е.Salayev, М.P.Bаbаyеv, Ç.М.Cəfərоvа, V.H.Həsənovun rəhbərliyi altınа. Bаkı: Еlm, 2004, 199 s.
- Babayev M.P., İsmayılov A.İ., Hüseynova S.M. Azərbaycan milli torpaq təsnifatının beynəlxalq sistemə inteqrasiyası. Bakı: Elm, 2017, 272 s.
- Babayev M.P., Orucova N.H., Mustafayev M.Q. və b. Sel suları altında qalmış torpaqların münbitliyinin bərpası. Bakı: NPM-“Təhsil”, 2013, 118 c.
- Babayev M.P., Orucova N.H., Mustafayev M.Q., Sabirabad rayonunun sel suları altında qalmış torpaqların münbitliyinin bərpası. Bakı: “Elm”- 2011, 28 s.
- Аскеровa Г.Ф. “Внедрение биологически активных веществ и биогумуса для восстановления плодородия орошаемых лугово- сероземных почв”. – Экологический Вестник Северного Кавказа, Краснодар, 2019, Т. 15, № 3, с. 22-25.
- Graefe Ulfert, Kõlli Raimo, Milbert Gerhard, Broll Gabriele. Biological indicators of topsoil formation – a case study from forest sites in Estonia. 2015, DOI: 10.13140/RG.2.1.2425.1922
Çapa qəbul olunub: 01 mart 2021
Məqaləni yüklə