Daşkəsən rayonunun nadir geoloji obyektlərinin morfogenetik xüsusiyyətləri və geoturizm əhəmiyyəti
DAŞKƏSƏN RAYONUNUN NADİR GEOLOJİ OBYEKTLƏRİNİN MORFOGENETİK XÜSUSİYYƏTLƏRİ VƏ GEOTURİZM ƏHƏMİYYƏTİ
Rəşid Fətəliyev1*
1Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Coğrafiya İnstitutu
*Məsul müəllif: rashid.fataliyev@geo.edu.az
DOI: https://doi.org/10.5281/zenodo.23455274
PDF yükləXülasə
Məqalədə Daşkəsən rayonunun nadir geoloji obyektlərinin geoloji-geomorfoloji, o cümlədən morfogenetik xüsusiyyətləri tədqiq edilmiş, onların formalaşmasını şərtləndirən fiziki-coğrafi və geoloji-tektonik şərait, eyni zamanda geoturizm əhəmiyyəti araşdırılmışdır. İlk dəfə olaraq rayon ərazisində məlum olan və müəllif tərəfindən aşkarlanan nadir geoloji obyektlər genetik təsnifata uyğun sistemli şəkildə tədqiq edilmiş, onlar haqqında müfəssəl məlumat verilmiş və rayon ərazisində yerləşmələrinin xəritə-sxemi tərtib edilmişdir.
Müxtəlif genetik tiplərə aid nadir geoloji obyektlərin müqayisəli təhlili aparılmış, onların parametrlərinin və cazibədarlığının müəyyən edilməsinə xüsusi diqqət yetirilmişdir. Rayon ərazisində daha çox yayılmış və eyni zamanda cazibədarlığı yüksək olan bəzi litoskulptur və hidroloji (şəlalələr) tipli nadir geoloji obyektlərin diqqətəlayiq nümunələrinə müvafiq təbiət abidəsi statusunun verilməsinin vacibliyi qeyd edilmişdir. Həmçinin nadir geoloji obyektlərdən istifadə imkanları nəzərdən keçirilmiş, rayonda eko- və geoturizmin inkişafına dair təkliflər verilmişdir.
Açar sözlər
təbiət abidəsi, çay şəbəkəsi, şəlalə, mineral bulaq, litoskulptur, geoturizm
Məqalə haqqında
Jurnal: Coğrafiya və Təbii Resurslar
Bölmə: Coğrafiya elmləri
Cild: 12
Nömrə: 1
İl: 2026
Səhifələr: 44–52
Nəşr tarixi:
Lisenziya: CC BY 4.0
Ədəbiyyat siyahısı
Azərbaycan Milli Ensiklopediyası (Cild 6). (2015). “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi.
Azərbaycan Respublikasının coğrafiyası: Fiziki coğrafiya (Cild 1). (2014). Avropa.
Azərbaycan Respublikası Milli Məclisi. (2000, 24 mart). Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu (№ 840-IQ). https://frameworks.e-qanun.az/0/c_f_617.html
Azərbaycan Respublikası Nazirlər Kabineti. (2006, 12 iyul). “Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında (Qərar № 169).
Azərbaycan KP Mərkəzi Komitəsi, & Azərbaycan SSR Nazirlər Soveti. (1982, 16 mart). Azərbaycan SSR-in təbiət abidələrinin mühafizə olunması haqqında (Qərar № 167, Əlavə 3: Dövlət təbiət abidələrinin — geoloji [paleontoloji] obyektlərin siyahısı).
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti (Cild 1). (2007). Şərq-Qərb.
Fətəliyev, R. Ə. (2025). Daşkəsən rayonu su mənşəli (hidroloji və hidrogeoloji) təbiət abidələri və onların turizm potensialı. Su problemləri: Elm və texnologiyalar, (2[26]), 37–50.
Gəngərli, T. N., & Babayev, Ş. A. (2015). Azərbaycan Respublikasının geoloji irsi. Nafta-Press.
Xəlilov, H. A. (2020). Geomorfologiya və ətraf mühit: Seçilmiş əsərlər. Avrora.
İmrani, Z. T., & Zeynalova, K. Z. (2025). Qarabağın turizm-rekreasiya potensialı.
Jafarov, S., & Isazada, E. (2024). Cultural differences in tourist behavior: A cross-cultural psychological study. International Journal of Current Science Research and Review, 7(11), 8647–8656. https://doi.org/10.47191/ijcsrr/V7-i11-53
Jafarov, S., & Aliyev, Y. (2024). Assessment methods in blended learning environments. Journal of Management World, 2024(4), 505–515. https://doi.org/10.53935/jomw.v2024i4.443
Qafarova, H. Ə., Azarenko, L. Q., & Qasımov, Ə. M. (Red.). (2014). Azərbaycan Respublikasının Milli Atlası. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi.
Quluzadə, V. Ə. (1976). Kiçik Qafqazın Zəyəmçay–Kürəkçay arası morfostrukturlarının formalaşmasında vulkanizmin rolu. Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri. Yer elmləri seriyası, (3), 71–76.
Məmmədov, Q., Yusifov, E., Xəlilov, M., & Kərimov, V. (2012). Azərbaycan: Ekoturizm potensialı (Cild 2). Şərq-Qərb.
Абдуллаев, Р. Н. (1963). Мезозойский вулканизм северо-восточной части Малого Кавказа. Издательство Академии наук Азербайджанской ССР.
Геология Азербайджана: Тектоника (Т. 4). (2005). Nafta-Press.
Голубчиков, Ю. Н., & Кружалин, В. И. (2021). Геотуризм как новый объект исследований в науках о Земле. Жизнь Земли, 43(3), 368–376. https://doi.org/10.29003/m2441.0514-7468.2020_43_3/368-376
Лапо, А. В. (1996). Проблема сохранения геологического наследия России. Отечественная геология, (9), 6–12.
Мамедов, А. В., & Алескеров, В. Д. (2002). Плейстоцен Азербайджана. Nafta-Press.
Рубан, Д. А. (2005). Геологические памятники: Краткий обзор классификационных признаков. Известия высших учебных заведений. Геология и разведка, (4), 67–69.
Фаталиев, Р. А. (2025). Особенности базальтовых колонн и их эко- и геотуристическое значение. Известия Тульского государственного университета. Науки о Земле, (1), 242–255.
Шварцбах, М. (1973). Великие памятники природы: Известные места геологических исследований. Мир.
Ширинов, Н. Ш., & Кулузаде, В. А. (1977). О приуроченности речных долин к линиям тектонических нарушений и о возможности рудогенетической роли некоторых из них (на примере северо-восточного склона Малого Кавказа). Доклады Академии наук Азербайджанской ССР, 33(12), 53–57.
Haghe, J.-P. (2011). Do waterfalls have value in themselves? A metamorphosis in the values of the Gimel waterfall in France. Policy and Society, 30(4), 249–256. https://doi.org/10.1016/j.polsoc.2011.10.008
Visit Dashkasan. (t.y.). Metallurqlar şəhəri Daşkəsən. https://visitdashkasan.az/destinasiya/metallurglar-seheri-daskesen-160/
Məqaləyə istinad (APA 7)
Fətəliyev, R. (2026). Daşkəsən rayonunun nadir geoloji obyektlərinin morfogenetik xüsusiyyətləri və geoturizm əhəmiyyəti. Coğrafiya və Təbii Resurslar, 12(1), 44–52. https://doi.org/10.5281/zenodo.23455274
