DAŞKƏSƏN RAYONUNDA TEXNOGEN ÇİRKLƏNMƏLƏR VƏ ONLARIN BƏRPASI YOLLARI
Ə.A.Əliyev
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Kiçik Qafqazın şimal-şərq hissəsi özünün gözəl, əvəzsiz təbiəti ilə yanaşı, həm də faydalı qazıntıları, xüsusilə də filiz mənşəli faydalı qazıntılarla zəngindir. Bu sərvətlərin uzun müddət istismarı zamanı ərazi mövcud təbii mühitə zərər verən texnogen çirklənmə kimi ciddi bir problemlə üzləşməli olur. Adətən bu yataqlar istismar edilərkən onların açılması və sonrakı istismarı zamanı nəhəng tullantı dağları böyük əraziləri – otlaq, meşə və əkinəyararlı sahələri də sıradan çıxarmış olur. Bu cür təbii mühitin əsaslı şəkildə pozulmuş ərazilərinin xeyli hissəsi Daşkəsən inzibati rayonundadır. Rayon ərazisində dəmir filizi, mərmər, alunit (Zəylik) və s. ehtiyyatlarının istismarı ilə inkişaf edən dağ-mədən sənayesi müəssisələri dağ-çəmən landşaftlarının texnogen pozulmasında əsas rol oynayır. Dağ-mədən sənayesinin təsiri ilə ətraf dağ-çəmən və quru-çöl landşaftı ciddi struktur pozuntularına, bəzən isə kökündən dəyişmiş arzuolunmaz texnogen landşaftlara çevrilmişdir. Rayon ərazisini toplanmış texnogen tullantılardan təmizlənməsi və bu tullantılardan müxtəlif sahələrdə istifadəsi (torpaqların rekultivasiyası, yol tikintisi və s.) probleminin elmi cəhətdən araşdırılması təqdim olunan məqalənin əsasını təşkil edir.
Açar sözlər: texnogen çirklənmə, Terrikon təpələr, dəmir filizi, rekultivasiya, alunit
ƏDƏBİYYAT
- Ələkbərov К.Ə. Azərbaycanda torpaq eroziyası və onunla mübarizə tədbirləri. Bakı, Azərnəşr, 1961, 220 s.
- Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı: Maarif, 1998, 399 s.
- Haqverdiyev A.T. Kiçik Qafqazın şimal-şərq yamacında landşaftın strukturu və dinamikasına dair // Azərb. SSR EA xəbərləri, Yer elmləri bölməsi, 1982, №5, s. 66-71.
- Qəribov Y.Ə., Verdiyeva T.Y. Kiçik Qafqazın şimal-şərq hissəsində təbii landşaftların rekreasiya yüklərinin həcminə görə qruplaşdırılması. Ekologiya: Təbiət və cəmiyyət problemləri. Beynəlxalq elmi konfransı. Bakı, 2007, s. 29-31.
- Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit. Bakı: Elm, 2004, 505 s.
- Гюльахмедов А.Н. Микроэлементы в почвах Кировабад-Казахской зоны. Баку, Изд-во АН Азерб. ССР, 1968,165 c.
- Мамедов К.Р. Влияние отвалов на состав почвы. Тезисы докл. « У делегатов cьезда Всесоюзного общество почвоведов». Т. 2, Минск, 1977, 23-
- Кашкай М.А. и др. О Дашкесанском интреузивном комплексе. Изв. АН Азерб. ССР, сер. геол.-геогр., 1958, №5, c.13-16.
- Алиев Г.А., Гасанов Ш.Г., Алиева Р. А. Земельные ресурсы Азербайджана, их рациональное использование и охрана. Баку, Азернещр, 1981. 220 с.
- Перельман А.И. Геохимия ландшафта. Высшая щкола, М., 1975, 345 с .
- Ковальский В.В. Геохимическая экология. Изд. “Наука”, М., 1974, 320 с.
Çapa qəbul olunub: 30 avqust 2020