Coğrafiya və təbii resurslar

DAŞAĞILÇAY HÖVZƏSİNDƏ SEL TƏHLÜKƏLİ SAHƏLƏRİN GEOMORFOLOJİ MONİTORİNQİ

R.S.Abdullayev*, G.Ə.İmanova, M.F.Umudova

AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Az 1143, Bakı ş., H.Cavid pr.115
[email protected]*

Xülasə
Qlobal iqlim dəyişmələri fonunda son zamanlar Böyük Qafqazın cənub yamac çaylarında sel hadisələrinin təkrarlanması çoxalmış, onların vurduğu ziyanın həcmi də artmışdır. Son zamanlar dağətəyi sahələrdə (maili düzənlik-lərdə, çayların gətirmə konuslarında, konusarası çökəkliklərdə) əhalinin in-tensiv məskunlaşması, bu zaman mümkün sel təhlükələrinin nəzərə alınma-ması, müxtəlif dərəcəli fəlakətlərin (Katexçay, Talaçay, 2021) yaranmasına səbəb olur.
Məqalədə Daşağılçay hövzəsində təbii-dağıdıcı amillərdən (əsasən sel və subasma təhlükəsi) qorunmanın geomorfoloji təhlilindən bəhs edilir. Bu məqsədlə ərazinin kosmik şəklinin (Landsat 7 ETM-2002) deşifrələnməsindən, onun vektorlaşdırılması ilə alınmış məzmunun çöl şəraitindəki monito-rinqindən, çayın orta axımının 1:5 000 miqyasda GPS planından və çay höv-zəsinin yeni, 1:200 000 miqyaslı kompleks geomorfoloji xəritəsinin təhlilindən bəhs edilir. Yarana biləcək neqativ (subasma, asılı gətirmələrlə doldurulma və s.) hadisələr araşdırılmış və təsərrüfat sahələrinin yerləşdiyi üç əsas səviyyə müəyyən edilmişdir. Üçüncü səviyyənin (6–11 metrlik subasar terrasın) daha təhlükəsiz olması əsaslandırılmışdır.

Açar sözlər: Vektorlaşdırma, GPS planı, KŞ, səviyyə, məcra, monitorinq, məzmun

 

ƏDƏBİYYAT
1. Ализаде Э.К. Морфоструктурное строение горных сооружений Азербайджана и сопредельных территорий, Баку, Элм, 1998, 248 с.
2. Будагов Б.А. Систематизация стихийно-разрушительных явлений природы // Докл.АН Аз. ССР. Баку, 1978. т.34, №9, с.52–55.
3. Тарихазер С.А. Разработка методики дешиф-рования морфоструктур горных стран (на примере северо-восточного склона Большого Кавказа) Автореф. дисс. к.г.н. Баку, 1997, 29 с.
4. Марданов И.Э. Генетическая классификация морфоструктур Большого Кавказа. Изв. АН Азерб. ССР, сер. наук о Земле, 1982, № 2, с. 9–14.
5. Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Азербайджанской ССР. Баку, 1989, 184 с.
6. Шихалибейли Э.Ш. Геологическое строение и развитие азербайджанской части южного склона Большого Кавказа. Баку, 1956, c.104.

 

Çapa qəbul olunub: 20 may 2022

Məqaləni yüklə