DAĞLIQ ŞİRVAN ƏRAZİSİNDƏ FİZİKİ-COĞRAFİ AMİLLƏRİN MİKROTOPONİMLƏRİN YARANMASINDA ROLU
V.N.Bəndəliyev
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H.Cavid pr., 115
Xülasə. Məqalədə Dağlıq Şirvan (Şamaxı, İamyıllı, Qobustan, Ağsu, Hacıqabul rayonları) ərazisindən toplanılmış mikrotoponimlərdən bəhs edilir. Tədqiq edilən ərazinin bəzi mikrotoponimləri: Çil dağ, Batan dağ, Təngə dərə, Çənlibel, Maraluçan döş, Çaxnaq, Axtarma, Pilpilə, Bərk dərə, Kəp dağ, Keçəl dağ, Dəlmələr və s. araşdırılmışdır. Fiziki-coğrafi şəraitlə bağlı mikrotoponimlərin tədqiqi vasitəsilə baş vermiş keçmiş və müasir təbii hadisələri, geoloji prosesləri relyefdə, iqlimdə, bitki örtüyündə, heyvanlar aləmində yer almış dəyişiklikləri, keçmiş landşaftların bərpası, əhalinin məskunlaşması, təsərrüfatın inkişaf istiqamətləri, gələcək perspektivləri və s. öyrənilmişdir. Dağlıq Şirvan və onu əhatə edən ərazilərdən toplanmış mikrotoponimlərin xəritə-sxemi tərtib edilmişdir.
ƏDƏBIYYAT
- Alıcanov M.S., Bəndəliyev N.S. Azərbaycan ərazisində təbii şərait və landşaftla bağlı bəzi toponimlər haqqında. Azərbaycan onomastikasına həsr olunmuş VII elmi-nəzəri konfransın materialları. Bakı-1998. səh. 94-96.
- Bəndəliyev N.S., Bəndəliyev V.N. Azərbaycan landşaft toponimlərinin yayılma qanunauyğunluqları. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş VI elmi-nəzəri konfransın materialları. Bakı-1996. səh. 92-93.
- Bəndəliyev N.S., Bəndəliyev V.N. Azərbaycan ərazisində relyef və təbii şəraitlə bağlı yerli xalq coğrafi terminləri haqqında (Böyük Qafqazın cənub-şərq yamacı timsalında). Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Yer elmləri №2, 2007. səh. 88-92.
- Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı-1994, 271 s.
- Yüzbaşov R.M. Azərbaycanın coğrafiya terminləri (tədqiqlər). Bakı-1966, 156 s.
- Mehrəliyev E.Q. Xalq coğrafi terminlərinin izahlı lüğəti. Bakı-1987, 80 s.
- Məmmədov N.G. Azərbaycanın yer adları. Bakı-1993, 184 s.
Məqaləni yüklə