DAĞLIQ ŞİRVAN ƏRAZİSİNDƏ BƏZİ SU OBYEKTİ ADLARININ YARANMA XÜSUSİYYƏTLƏRİ
V.N.Bəndəliyev
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Məqalədə Dağlıq Şirvanın bəzi su obyekti adları araşdırılmışdır. Su obyekti adları aşağıdakı kimi qruplaşdırılaraq öyrənilmişdir. 1. Yaşayış məntəqəsinin adı ilə bağlı. 2. Şəxs, tayfa, qəbilə, nəsil adı ilə bağlı. 3. Suyunun dadı, keyfiyyətinə, tərkibinə və çay dərəsindəki süxurların keyfiyyətinə görə. 4. Axdığı dərənin forma mövqeyinə görə. 5. Müxtəlif təbii və bədbəxt hadisələrlə bağlı yaranmış adlar. Su obyekti adlarının tədqiqi ərazinin iqlimi, iqlimində baş vermiş aridləşmə nəticəsində bitki və heyvanlar aləmində baş verən dəyişikliklər haqqında qiymətli məlumatlar verməklə təsərrüfatların yaradılaraq istiqamətləndirilməsində, suya olan tələbatın təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Dağlıq Şirvan və onu əhatə edən ərazilərdən toplanılmış su obyekti adlarının cədvəli və xəritə-sxemi verilmişdir.
Açar sözlər: Böyük Qafqaz, Dağlıq Şirvan, mikrohidronim, Taxtayaylaq, Qoturnohur
ƏDƏBİYYAT
- Abasova M. Bəndəliyev N.S. Məmmədov X. Böyük Qafqazın cənub-şərq hissəsinin toponimləri. Bakı, 1993. Səh. 117-118.
- Bəndəliyev N.S. Təbii tələ. “Yeni Şirvan” qəzeti, Şamaxı, 1971, №144 (3674).
- Bəndəliyev N.S. Dağlıq Şirvanın toponimləri. Bakı, 2009, 254 s.
- Ciddi H. Şirvan gavur qalası haqqında. Elm və həyat. Bakı, 1975.№7 səh 28
- Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər. Bakı, 1995, 254 s.
- Kononov A.N. О сематике слова «кара» и »ак» в тюркской географической терменологии Изд. отделения общ. Наук АН Таджикской ССР. 1934, 84 c.
- Статистических данные о населении Закавказского Края. Извлеченных из посемейных списков. Тифлис, 1886, 1893.
Çapa qəbul olunub: 30 avqust 2020
Məqaləni yüklə