Coğrafiya və təbii resurslar

DAĞLIQ ƏRAZİLƏRDƏ DEMOQRAFİK İNKİŞAFIN DAVAMLILIĞININ QİYMƏTLƏNDİRİLMƏSİ (DAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNUN TİMSALINDA)

R.N.Kərimov

 

Xülasə. Məqalədə Azərbaycanın dağlıq əra­zilə­rin­dəki demoqrafik inkişafın və proseslərin dayanıqlığı Dağlıq Şirvan iqtisadi rayonunun timsalında tədqiq olu­nur və qiymətləndirilir. Bu dağlıq region uzun müddət Azərbaycanın geridə qalmış iqtisadi rayonlarından biri kimi tanınmış, ən aşağı urbanizasiya səviyyəsi və kənara miqrasiya axınları ilə səciyyələnmişdir. Hazırda da re­gionun bir çox yaşayış məntəqələri ilə bağlı demoqrafik situasiya qənaətbəxş deyildir. Dağlıq Şirvan ərazisində hələ də əhalinin kənara miqrasiyası müşahidə edilir. Bu proses həm şəhər tipli, həm də kənd yaşayış məntəqələri üçün səciyyəvidir. Regionun onlarla yaşayış mən­tə­qə­sində əhalinin sayının azalması müşahidə edilmişdir.

Bu tədqiqat işinin məqsədi məskunlaşma xüsusiy­yətlərinin, yaşayış məntəqələrinin və kənd qruplarının for­malaşmasının, onların ərazi üzrə yayılmasının, həm­çinin əhalinin artımı, miqrasiyası və digər sosial-iqtisadi amillərin təhlili əsasında Dağlıq Şirvan regionunda demoqrafik inkişafın davamlılığını qiymətləndirməkdir. Məqalədə əhalinin artımında gedən tendensiyalar, ya­şa­yış məntəqələrinin gələcəkdə sayının azalması riski mü­əyyən edilir.

 

Açar sözlər: Şirvan, dağlıq, kənd aqlomerasiyası, da­vamlı, yaşayış məntəqəsi, demoqrafik, miqrasiya

 

ƏDƏBİYYAT

  1. Aras O.N., Suleymanov E. 2016. Economy of Azerbaijan. 2nd edition. Baku: Sharg-Garb. 412 p.
  2. Ayyubov N.H. 2000. Management of distribution of population. In a book: Constructive geography of the Azerbaijan Republic. Vol. 3. 191-197.
  3. Ayyubov N.H., Abdullayeva G.I.. 2015. Dis­tri­bu­tion of the population in high-altitude zones in the Sheki-Zagatala economic region: tendencies and im­pro­vement. Journal of Geography and Natural Resources. 79-82.
  4. Babakhanov N.A. 2013. Natural disasters: appe­a­rance in Azerbaijan, damages, measures of protection against them. Baku: Elm. 253 p.
  5. Budagov B.A., Eminov Z.N., Mardanov I.E. 2006. Regularity of location of settlements in Azerbaijan by height belts // Proceedings of Azerbaijan National Aca­demy of Sciences, series of Earth sciences. No. 3, p. 89-97.
  6. Budagov B.A., Mikayilov A.A., 1996. Physical and geographical landscape zoning. In a book: Cons­tructive geography of the Azerbaijan Republic. Vol. 1. 173-186.
  7. Demographic indicators of Azerbaijan. 2014. The yearly book of Azerbaijan State Statistical Committee of the Azerbaijan Republic.
  8. Efendiyev V.A., Damirgayayev Sh.G. 1995. Geo­gra­phical issues of development of cities in the Azer­ba­ijan Republic. Baku: Nijat. 176 p.
  9. Eminov Z.N. 2004. Population of Azerbaijan. Ba­ku: Chirag.
  10. Goychayskiy Sh.Y. 1986. Rural resettlement and the ways of its trnasformation. Baku: Azerneshr. (In Russian).
  11. Karimov R.N. 2013. Evaluation of demographic sustainability in Azerbaijan. International Research and Practice Conference “Technologies of globalization of the XXI century: evolution or setback?”. Pp. 89-91.
  12. Karimov R.N. 2014. Geographical problems of sustainable demographic development in the Republic of Azerbaijan. The collection of materials of the XXIV International Scientific-Practical Conference “Modern trends in economics and management: a new look”. No­vosibirsk, pp. 137-142.
  13. Karimov R.N. 2019. Regional problems of sus­tainable demographic development in the Republic of Azerbaijan. // Human geography in the changing world: fundamental and applied researches. Materials of the International Scientific Conference in the framework of the X Scientific Assembly of the Association of Russian human geographers (ARGO). Kazan. Pp. 170-172.
  14. Mehraliyev E.G., Ayyubov N.H., Sadigov M.O. 1988. Issues of distribution of population in the Azer­baijan SSR. Baku: Elm.
  15. Mehraliyev E.G. 1984. Geographical problems of formation and resettlement of the population in the Azerbaijan SSR. Baku: Elm.
  16. Tanriverdiyev Kh.K., Safarov A.S. 1999. The re­lief and opportunities for its rational use in agriculture. In a book: Constructive geography of the Azerbaijan Republic. Vol. 2, pp. 8-13.
  17. The census materials of population of the Azer­baijan Republic. 1989, 1999 and 2009 years. Baku.
  18. Pashayev N.H., Karimov R.N. 2012. Economic and geographical impact of landslides on the dis­tribu­tion of population in the Azerbaijan Republic. “Vеstnik” of Moscow Region State University (Series of “Eco­no­my”), No. 4 (3), pp. 130-139. (In Russian).
  19. Population of Azerbaijan. 2019. Yearbook of Azerbaijan State Statistical Committee. 134 p.

 

Çapa qəbul olunub: 27 yanvar 2020

Məqaləni yüklə