Coğrafiyanın tədrisində qeyri-standart dərslərin təşkili metodikası

COĞRAFİYANIN TƏDRİSİNDƏ QEYRİ-STANDART DƏRSLƏRİN TƏŞKİLİ METODİKASI

İradə Nağıyeva1*

1Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan

*Məsul müəllif: ii.nagiyeva@adpu.edu.az

DOI: https://doi.org/10.5281/zenodo.23453537

PDF yüklə

Xülasə

Məqalədə coğrafiyanın tədrisində qeyri-standart dərslərin təşkili metodikası və tətbiq imkanları araşdırılır. Tədqiqatın məqsədi bu dərslərin şagirdlərin idrak fəallığının, müstəqil düşünmə və praktik bacarıqlarının inkişafındakı pedaqoji imkanlarını müəyyənləşdirməkdir. Araşdırma elmi-metodik ədəbiyyatın təhlilinə, ənənəvi və interaktiv təlim yanaşmalarının müqayisəsinə, həmçinin müəllifin coğrafiyanın tədrisi təcrübəsinə əsaslanır.

Sinif-dərs sisteminin inkişaf xüsusiyyətləri nəzərdən keçirilir, müasir kurikulumun tələbləri baxımından şagirdyönümlü təlimin əhəmiyyəti şərh olunur. Səyahət, məhkəmə, oyun, layihə, səhnələşdirilmiş, konfrans və debat dərslərinin təşkili coğrafi mövzulara uyğun nümunələrlə izah edilir. Xəritələrlə iş, coğrafi problemlərin müzakirəsi, rollu oyunlar və layihə tapşırıqlarının şagirdlərin təlim fəaliyyətinə cəlb olunmasındakı imkanları qiymətləndirilir.

Coğrafi informasiya sistemlərindən və məsafədən zondlama məlumatlarından istifadənin tədrisdə əyaniliyin gücləndirilməsi və tədqiqat bacarıqlarının formalaşdırılması baxımından əhəmiyyəti göstərilir. Təqdim olunan metodik nümunələr qeyri-standart dərslərin coğrafi biliklərin praktik tapşırıqlarla əlaqələndirilməsi, əməkdaşlıq, ünsiyyət, tənqidi və yaradıcı düşünmə bacarıqlarının dəstəklənməsi üçün imkan yaratdığını göstərir. Bu dərslərin səmərəli təşkili üçün təlim məqsədlərinin aydın müəyyənləşdirilməsi, yaş xüsusiyyətlərinin nəzərə alınması, tapşırıqların mövzuya uyğun seçilməsi və qiymətləndirmə meyarlarının əvvəlcədən hazırlanması tövsiyə olunur.

Açar sözlər

coğrafiyanın tədrisi, qeyri-standart dərslər, interaktiv təlim, layihə metodu, idrak fəallığı, praktik bacarıqlar


Məqalə haqqında

Jurnal: Coğrafiya və Təbii Resurslar
Bölmə: Coğrafiya elmləri
Cild: 12
Nömrə: 1
İl: 2026
Səhifələr: 31–37
Nəşr tarixi:
Lisenziya: CC BY 4.0


Ədəbiyyat siyahısı

Alxasov, O. (2013). Coğrafiyanın tədrisi metodikası. Elm və təhsil.

Azərbaycan Respublikası Təhsil Nazirliyi. (2011). Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün coğrafiya fənni kurikulumu (VI–XI siniflər).

Coğrafiya: VI–XI siniflər üçün dərsliklər. (t.y.).

Sublaik, R., Prajapat, S., Varghese, S., Sharma, V., & Jafarov, S. (2024). Marketing innovations and their impact on financial performance: Perspectives from management experts. Educational Administration: Theory and Practice, 30(5), 9286–9292. https://kuey.net/index.php/kuey/article/view/3504

E-dərslik: Elektron dərslik portalı. (t.y.). https://www.e-derslik.edu.az/

Foote, K. E., & Hill, A. D. (2013). Integrating GIS into the geography curriculum [Coğrafiya kurikulumuna coğrafi informasiya sistemlərinin inteqrasiyası]. Association of American Geographers.

Jafarov, S. (2025). Education and skill development: A pathway to sustainable growth. International Journal of Scientific Research and Management (IJSRM), 13(2), 3963–3969. https://doi.org/10.18535/ijsrm/v13i02.el06

Jafarov, S. (2024). Accreditation and quality assurance in world-leading universities. International Journal of Current Science Research and Review, 7(12), 9357–9365. https://doi.org/10.47191/ijcsrr/V7-i12-77

Jafarov, S., & Aliyev, Y. (2024). What causes culture shock? South Florida Journal of Development, 5(7), e4106. https://doi.org/10.46932/sfjdv5n7-012

Məmmədov, Q. Ş. (2019). Coğrafi biliklərin formalaşmasında inteqrativ yanaşma. Təhsil.

Mehrabov, A. O. (2007). Layihələr metodu: Məzmunu, tətbiqi və xüsusiyyətləri. Azərbaycan məktəbi, (3), 11–18.

Nağıyeva, İ. İ. (2019). Ümumtəhsil məktəblərində coğrafiyanın tədrisində şagirdlərin müstəqil işlərinin təşkili. Mütərcim.

Seyfullayeva, N. S. (2011). Coğrafiyanın tədrisi metodikası. EMK.

Verdiyeva, M. İ. (2022). Coğrafiyanın tədrisi metodikası. ADPU-nun mətbəəsi.

Veysova, Z. (2013). Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi. “İnkişaf” Elmi Mərkəzi.


Məqaləyə istinad (APA 7)

Nağıyeva, İ. (2026). Coğrafiyanın tədrisində qeyri-standart dərslərin təşkili metodikası. Coğrafiya və Təbii Resurslar, 12(1), 31–37. https://doi.org/10.5281/zenodo.23453537