COĞRAFİYA DƏRSLƏRİNDƏ SƏBƏB-NƏTİCƏ ƏLAQƏLƏRİNƏ AİD BİLİK VƏ BACARIQLARIN MƏNİMSƏNİLMƏSİ YOLLARI (TƏBİƏT MƏZMUN XƏTTİ ÜZRƏ)
F.A.Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
AZ1000, Ü.Hacıbəyli 68, Səbail r., Bakı ş.
X ü l a s ə
Səbəb-nəticə əlaqələrinin öyrənilməsi təbiətdə baş verən proses və hadisələrin təkcə izahına deyil, həm də onların gələcək proqnozlaşdırılmasına xidmət edir. Bu biliklər şagirdlərin əqli inkişaflarının əsas şərtlərindən biridir. Səbəb-nəticə əlaqələri haqqında biliklərin mühüm təlim-tərbiyə əhəmiyyətinə daha çox diqqət yetirilməsidir.
Yeni coğrafiya fənn proqramında göstərilir ki, tədris prosesində şagirdlərin yaddaşını təkcə yeni elmi biliklərlə zənginləşdirməklə yanaşı onların həyat üçün zəruri olan bacarıqlarının qazanılmasına, təfəkkürlərinin inkişaf etdirilməsinə nail olunmalıdır. Şagirdlərdə səbəb-nəticə əlaqələrinə aid bilik və bacarıqların formalaşdırılması məhz bu məqsədə xidmət edir. Təbiət məzmun xəttinə aid mövzularda təbii komponentlər arasında olan əsas əlaqələr müəyyən edilmiş və bu əlaqələrin proqramda göstərilən standartların reallaşdırılması baxımından təhlili verilmişdir. Səbəb-nəticə əlaqələrinə aid biliklərin coğrafiya elmində mühüm yer tutması, tədris prosesində şagirdlərin idrak fəaliyyətlərinin inkişafına təsiri və bu məqsədlə müvafiq metodik təkliflərin hazırlanması vəzifəsini qarşıya qoyulur.
Açar sözlər: Metodologiya, alt standart, təlim mühiti, tədris priyomları, təbii komponentlər, inteqrasiya
ƏDƏBİYYAT
- Alxasov O.K. Coğrafiyanın tədrisi metodikası. Bakı, 2013, 365 s.
- Seyfullayeva N.S. Coğrafiyanın tədrisi metodikası. Bakı, 2011.
- Пепрова Н.Н. Методика преподавания географии в дифференцированной школе. М., 2000, 336 с.
- Пенурова Г.А. Проблемный подход в обучении географии в средней школе. М., 1991, 192 с.
- Kurikulum Elektron Tədris Platforması. Mənbə: www. kurikulum.az
Çapa qəbul olunub: 28 oktyabr 2022
Məqaləni yüklə