COĞRAFİ FİKİR TARİXİ VƏ TOPONİMİKA ELMİNİN NAİLİYYƏTLƏRİ HAQQINDA TƏHLİL
A.T.Haqverdiyev, B.B.Kərimov
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2023.24.76.015
X ü l a s ə
Coğrafiya elmin tarixini bilmədən, onun keçdiyi yollar haqqında məlumatları əldə etmədən gələcəyi müəyyənləşdirmək mümkün deyil. Elmin öncəki tarixinin tədqiqi və dərindən təhlili isə keçmişlə müasir dövrü bağlayan körpüdür. Bu baxımdan məqalədə, XX əsrin əvvəllərinə qədər Azərbaycan ərazisinin coğrafiyasının öyrənilmə tarixinə, coğrafi şəraitin təkamülünə, ölkəmiz haqqında klassik fikirlərin tarixinə dair məqsədli və xüsusi tədqiqatlar və təhlillər aparılmamışdır. Bu gün respublikada əldə edilmiş elmi-texniki nailiyyətlərə, coğrafiya elminin dinamik inkişaf tarixinə nəzər salmaqla onun hansı bəsit təsəvvürlərdən başlayaraq fоrmalaşmasını, indiki kosmik və konstruktiv səviyyəyə çatması və həyatımızda qlobal və ekoantropogen problemlərin həllində mühüm rol oynamasını təsəvvür etmək çətin deyil. Azərbaycanda coğrafiya elminin inkişafında iştirak etmiş digər elmlərin nümayəndələri də öz tətbiqi və nəzəri töhfələrini bu və ya digər dərəcədə vermişlər ki, bütün bunlar əsərdə sistemli şəkildə təhlil edilərək şərh edilmişdir.
Açar sözlər: Azərbaycan, coğrafi fikir tarixi, coğrafiya elmin inkişafı, klassik coğrafiyaşünaslıq.
ƏDƏBİYYAT
- Coğrafiya elmi 50 ildə. Bakı, Elm, 1996, 96 s.
- Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çıraq, 2005, 560 s.
- Eminov Z.N. Coğrafiya (Ali məktəb üçün dərslik). Bakı: “Çıraq” nəşriyyatı, 2005, 656 s.
- Haqverdiyev H.T. Azərbaycan haqqinda tarixi-coğrafi fikirlərin qisa icmali. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri XIV cild Təbii-Təsərrüfat sistemlərinin ekoloji təhlükəsizliyinin təminatının coğrafi problemləri. Bakı: 2009, s. 253-255.
- Haqverdiyev A.T., İsmayılova T.H., Ağazadə A.H. Azərbaycanin ilk meteoroloq-sinoptiki Ə.A.Mədətzadənin elmi metodiki töhfələri haqqında. ACC əsərləri, Coğrafiya və təbii resurslar, 2016, №1, s. 121-123.
- Haqverdiyev A.T. Azərbaycanin demokratik inkişafi və əhali məskunlaşmasinin coğrafi perspektivləri. “Coğrafiya və təbii resurslar” ACC əsərləri, № 4, Bakı, 2016.
- Haqverdiyev A.T. Naxçivan Muxtar Respublikasinda coğrafi tədqiqatlarin inkişafi tarixi. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Fiziki coğrafiya. I cild, Naxçıvan, “Əcəmi”, 2017.
- Haqverdiyev A.T., Kərimov B.B. Qədim türk dünyasının ortaq dəyərlərinin coğrafiyası.AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. Coğrafiya və təbii resurslar, №2 (8), 2018, s. 93-98.
Çapa qəbul olunub: 20 dekabr 2023
Məqaləni yüklə
A.T.Haqverdiyev, B.B.Kərimov Coğrafi fikir tarixi və toponimika elminin nailiyyətləri haqqında təhlil. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 108-116.