COĞRAFİ EKOLOGİYANIN ALİ TƏHSİL SİSTEMİNDƏ TƏDRİSİNİN BƏZİ PROBLEMLƏRİ
E.Y.Seyidova
Naxçıvan Dövlət Universiteti
AZ7012, Universitet şəhərciyi, Naxçıvan şəhəri
X ü l a s ə
Məqalədə ali təhsil sistemində coğrafi ekologiyanın problemlərindən, fənlərarası əlaqədən və ekologiya fənninə inteqrasiya etməsinin son elmi nəticələrindən bəhs olunur. Bu istiqamətdə istər xarici, istərsə də yerli ədəbiyyatlar hərtərəfli təhlil edilərkən, coğrafi ekologiya bir çox alimlər tərəfindən elmlərarası sahə kimi qəbul edilsə də, onun coğrafi təmayüllü elmi-nəzəri və elmi-metodik məsələləri ilə əlaqədar tədqiqatlarına böyük ehtiyac duyulduğu qənaətinə gəlinmişdir. Məqalədə qeyd edilir ki, coğrafi ekologiya və ya ekocoğrafiya vahid coğrafiyanın, yəni həm fiziki, həmdə iqtisadi coğrafiyanın əsasında formalaşaraq, təbii-ərazi və ərazi-istehsal sistemlərini öyrənərkən elmin ekoloji aspektlərini də ön plana çəkir. Nəticədə müəyyənləşdirilmişdir ki, təbiət-əhali-istehsal prosesləri arasındakı çoxtərəfli əlaqə və qarşılıqlı təsirin öyrənilməsində coğrafi ekologiya geniş imkanlara malikdir və mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: Ekocoğrafiya, fənlərarası əlaqə, ekosistem, coğrafi biliklər, təhsil.
ƏDƏBİYYAT
- Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Bakı: Avropa 2014, 530 s.
- Göyçaylı Ş.Y. Coğrafiya və Coğrafi ekologiyanın problemləri. Вakı: “Ulu” İKF, 2004, 266 s .
- Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit. Bakı: Elm, 2004, 504 s.
- Вернадский В.И. Биосфера и ноосфера .– Москва: АСТ, 2001. – 383 с.
- Голубев Г.Н. Геоэкология. – Москва: ГЕОС, 1999. – 338 с.
- “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası nazirlər kabinetinin qərarı. Mənbə: https://e-qanun.az/framework/2184
Çapa qəbul olunub: 18 dekabr 2022
Məqaləni yüklə