Coğrafiya və təbii resurslar

BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACI GEOKOMPLEKSLƏRİNİN FORMALAŞMASININ ELMİ-METODİKİ ƏSASLARI

M.R.Quliyev

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115

[email protected]

DOI: 10.59423/gnr.2024.27.62.005

X ü l a s ə

Ətraf mühitin müasir vəziyyətinin təhlili, təbii ehtiyatlardan istifadənin dinamik inkişafı göstərir ki, təbiəti mühafizə sahəsində görülən işlərin həcmi və keyfiyyəti artırılmalıdır. İstər elmi yanaşmalar baxımından, istərsə də tə­biətdən istifadə məsələlərində “təbiətə vahid pəncərə baxışı” təmin edil­mə­diyindən, təbiət problemlərinin həllində komplekslilik olmadığından, ayrı-ayrı sahə mütəxəssisləri tərəfindən hazırlanmış təbiətqoruyucu tədbirlər heç də həmişə səmərəli olmur.

Landşaft ərazilərinin təşkilinə dair ənənəvi klassik layihələr yeni torpaq münasibətlərinin tənzimlənməsi, təbiəti mühafizə sahəsində qarşıya qoyul­muş tapşırıqların icrasını tam təmin edə bilmir. Bu işlərin tam icrasına yalnız elmi cəhətdən əsaslandırılmış, təcrübi əhəmiyyətli təklif və tövsiyələri özündə cəmləşdirən landşaft planlaşdırılmasına dair layihələrin tərtibi və hə­yata keçirilməsi  vasitəsi ilə nail olmaq olar.

Açar sözlər: geokompleks, Böyük Qafqaz, planlaşdırma, torpaqdan istifadə, təsərrüfat.

ƏDƏ­BIY­YAT

  1. Azər­bay­can Res­pub­li­ka­sı­nın Al­tıa­ğac Mil­li Par­kı­nın ya­ra­dıl­ma­sı haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Sə­rən­ca­mı [Elekt­ron re­surs] / – Ba­kı şə­hə­ri, 31 av­qust 2004-cü il, mən­bə: https://e-qa­nun.az/fra­me­work/5505.
  2. Azər­bay­can Res­pub­li­ka­sı­nın Sa­mur-Ya­la­ma Mil­li Par­kı­nın ya­ra­dıl­ma­sı haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Sə­rən­ca­mı [Elekt­ron re­surs] / – Ba­kı şə­hə­ri, 5 no­yabr 2012-cı il. mən­bə: https://pre­si­dent.az/az/ar­tic­les/vi­ew/6545.
  3. Azər­bay­can Res­pub­li­ka­sı­nın Şah­dağ Mil­li Par­kı­nın ya­ra­dıl­ma­sı haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Sə­rən­ca­mı [Elekt­ron re­surs] / – Ba­kı şə­hə­ri, 8 de­kabr 2006-cı il, mən­bə: https://fra­me­works.e-qa­nun.az/12/f_12632.
  4. Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın “Bio­lo­ji müx­tə­lif­lik haq­qın­da” Kon­ven­si­ya­sı­nın təs­diq edil­mə­si ba­rə­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu [Elekt­ron re­surs] / – Ba­kı şə­hə­ri, 14 mart 2000-ci il, mən­bə: https://e-qa­nun.az/fra­me­work/646.
  5. “Xı­na­lıq və Köç Yo­lu” Döv­lət Ta­rix-Mə­də­niy­yət və Et­noq­ra­fi­ya Qo­ru­ğu­nun ya­ra­dıl­ma­sı haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Sə­rən­ca­mı. [Elekt­ron re­surs] / – Ba­kı şə­hə­ri, 4 sent­yabr 2023-cü il. mən­bə: https://pre­si­dent.az/az/ar­tic­les/vi­ew/60991
  6. Qu­li­yev, M.R. Bö­yük Qaf­qa­zın şi­mal-şərq ya­ma­cı geo­komp­leks­lə­rin­də tor­paq­dan is­ti­fa­də və eko­lo­ji da­ya­nıq­lı­ğın qiy­mət­lən­di­ril­mə­si (Qud­yal­çay-Sa­mur­çay ara­sı əra­zi­nin tim­sa­lın­da) // – Ba­kı: Coğ­ra­fi­ya və tə­bii re­surs­lar, – 2022. – №1(16), – s. 82-87.
  7. Məm­mə­dov, R.M. Land­şaft plan­laş­dı­rıl­ma­sı: ma­hiy­yə­ti və tət­bi­qi. / R.M.Məm­mə­dov – Ba­kı: Elm və bi­lik, – 2016. – 292 s.

 

Çapa qəbul olunub: 15 mart 2024

Məqaləni yüklə

M.R.Quliyev – Böyük Qafqazın şimal-şərq yamacı geokomplekslərinin formalaşmasının elmi-metodiki əsasları. Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 34-39.