BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACININ MƏNİMSƏNİLMƏSİNDƏ İQLİM AMİLLƏRİNİN ROLU
G.N.Hacıyeva
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
DOI: 10.59423/gnr.2023.40.24.007
X ü l a s ə
Yer kürəsinin müxtəlif məqsədlər üçün mənimsənilməsini relyef və iqlim göstəriciləri müəyyən edir. Bu iki komponentin birlikdə vəhdət təşkil etməsi, mənimsənilmənin intensivləşməsinə səbəb olur. Təqdim olunan məqalədə biz ekosistemin əsas komponentlərindən biri olan iqlimin əsas xüsusiyyələtini təhlil etmişik. Tədqiqat apardığımız ərazinin müxtəlif təsərrüfat sahələrində mənimsənilməsində, o cümlədən də əhali məskunlaşmasında iqlim amili olduqca əhəmiyyətli yer tutur. İqlimin əsas amilləri olan temperatur, yağıntı, külək və s. kənd təsərrüfatının, sənayenin, həmçinin turizmin inkişafına xüsusilə təsir göstərir. Məqalədə tədqiq olunan Böyük Qafqazın şimal-şərq yamacının dağ geosistemlərinin iqlim xüsusiyyətlərinin ərazinin kənd təsərrüfatında mənimsənilməsinə təsiri öyrənilmişdir. Bu zaman 50 və 100C-dən yuxarı temperatur göstəriciləri, rütubətlilik əmsalı, günəşli günlərin davamlılığı, ümumi radiasiyanın miqdarı ön plana çəkilmişdir. Bununla yanaşı, tədqiq olunan ərazinin aqroiqlim ehtiyatlarının və rayonlaşmasının təhlili aparılaraq, onların ərazinin mənimsənilmə dərəcəsinə təsiri müəyyən edilmişdir. Qeyd olunan iqlim amillərinin hər biri ayrı-ayrılıqda araşdırılaraq, tədqiq olunan ərazinin kənd təsərrüfatına yararlılığı və mənimsənilməsi dərəcəsi öyrənilmiş, həmçinin bu zaman yaranmış və yarana biləcək ekoloji problemlər tədqiq edilmişdir.
Açar sözlər: iqlim ehtiyatları, mənimsənilmə, kənd təsərrüfatı, rütubətlilik əmsalı, temperatur, atmosfer çöküntüləri.
ƏDƏBİYYAT
- Azərbaycan Respublikasının Aqroiqlim atlası Bakı, 1993, 104 s.
- Əyyubov Ə.C., Hacıyev Q.Ə. Azərbaycan SSR-in iqlim ehtiyatları Bakı: Elm. 1984, 131 s.
- Məmmədov Q.Ş., Quliyev V.A. Azərbaycanın şimal-şərq əkinçilik zonası torpaqlarının qiymətləndirilməsi Bakı: Elm, 2002, 228 s.
- Мадатзаде А.А. Климат Азербайджана Баку: Изд-во. АН. Азербайджанской ССР. 1969, с. 16-30.
- Мигалева Т.И., Михайлов А.И. Влияние природно-климатических условий на хозяйственное освоение территории. Вестник РЭА. Мировая экономика, 2009 № 2, с.121-125
- Ксенофонтов М. Ю., Ползиков Д. А. К вопросу о влиянии климатических изменений на развитие сельского хозяйства России в долгосрочной перспективе // Проблемы прогнозирования. 2020. №3. С. 82–92.
- Ксенофонтов М. Ю., Ползиков Д. А., Мельникова Я. С., Вербицкий Ю. С. Основные тенденции и факторы пространственного развития АПК России в ретроспективе (на примере рынков мяса, молока и зерна) // Научные труды: Институт народнохозяйственного прогнозирования РАН. 2019. c. 143–173.
- Кшиперова Г.Т., Дружинин П.В. Оценке влияния климатических изменений на экономику российский регионов. Национальные интересы: приоритеты и безопасность “Особенности регионального развития”, 2014, 34 (271), с. 43-49
- Шарко Е.Р. — Влияния изменений климата насельское хозяйство в регионах Российской Федерации // Теоретическая и прикладная экономика. – 2022. – № 1. DOI:10.25136/2409-8647.2022.1.35866
- Шыхлинский Э.М. Атмосферные осадки – Климат Азербайджана Баку, 1968 с. 152-185.
- Эйюбов А.Ч. Агроклиматические районирование Азербайджанской ССР. Баку: Наука, 1968, 175 с.
- John T. A., Solomon Z. D., Sean A. P., Hegewisch K. C. Agricultural risks from changing snowmelt // Nature climate change. 2020. Vol. 10(5). 459–471.
- Makarov I., Chen H., Paltsev S. Impacts of climate change policies worldwide on the Russian economy // Climate policy. 2020. Vol. 20(10). pp. 1242-1256
- Mixai Berca, Horois R. Ndmi use in recognition of water stress issues, related to winter wheat yields in southern Romania. Volume: Scientific Papers Series Management, Economic Engineering in Agriculture and Rural Development Vol. 22, Issue 2, 105-111
Çapa qəbul olunub: 18 may 2023
Məqaləni yüklə
Hacıyeva G.N. Böyük Qafqazın şimal-şərq yamacının mənimsənilməsində iqlim amillərinin rolu. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 50-55.