Coğrafiya və təbii resurslar

BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACININ LANDŞAFT–EKOLOJİ  GƏRGİNLİYƏ  ĞÖRƏ RAYONLAŞDIRILMASI

L.H.Həsənəliyeva

Bakı Dövlət Universiteti

[email protected]

 

X ü l a s ə

Məqalədə Böyük Qafqazın şimal-şərq yamacında ekzodinamik proseslərin yaranması və inkişafı təhlil olunur.  Böyük Qafqazın şimal-şərq yamacı müasir landşaftlarının diferensiasiyasına təsir göstərən ekzodinamik proseslər və əra­zidə yaranmış  landşaft-ekoloji vəziyyət araşdırılmışdır. Tədqiqat nəti­cə­sində ərazinin Şahdağ, Dübrar, Laza, Altıağac, Urva, Həzrə kəndləri sahələrində aparılmış müşahidə və təhlil nəticələrindən istifadə olunmuşdur. Landşaft-ge­omorfoloji tədqiqatlar göstərir ki, ekzodinamik proseslərin intensivliyi rel­ye­fin mütləq yüksəkliyi və ərazinin iqlim amillərindən asılı olaraq artır. Ekzodinamik proseslər təbii landşaftlara, həmçinin insanların həyat və  fə­aliyyətinə – yaşayış məntəqələri və orada məskunlaşmış əhalinin həyat və tə­sərrüfat fəaliyyəti sahələrinə ciddi təsir göstərir. Ərazidə baş verən təbii fəla­kətlərin sosial-iqtisadi obyektlərə vurduğu ziyan qiymətləndirilmişdir. Tədqiqat nəticəsində ərazidə ekzogen proseslərin intensivliyinə  görə  5 rayon  ayrılmışdır: 1) ifrat gərgin ərazilər (17-20 b) 2) güclü gərgin ərazilər  (14-17 b) 3) gərgin ərazilər (10-14 b) 4) orta gərgin ərazilər (6-10 b) 5) zəif gərgin ərazilər (<5b)  Böyük Qafqazın şimal-şərq yamacında landşaft-ge­omorfoloji analizə əsasən 7 rayon müəyyən edilmişdir.  Ərazidə baş verən ek­zodinamik proseslərin intensivliyinə görə Böyük Qafqazın şimal-şərq yamacı landşaftlarının ekoloji gərginlik xəritəsi hazırlanmışdır.

Açar sözlər:

morfogenetik proseslər,  ekzodinamik, qravitasiya, tektonik sınma, səthi parçalanma, gərginlik

 

ƏDƏBİYYAT

  1. Ализаде Э.К., Гулиева С.Ю., Кучинская И.Я., Тарихазер С.А. Ландшафтно-экогеомор­фологи­чес­кие проблемы оценки геодинамической напряжен­ности горных систем // ТГОА, XVIII т., Mатер. Меж­ду­народ. научно-практической конферен посвящ. 90-летию Общенационального лидера Г.А.Алиева, Баку: 2013, стр. 36-43
  2. Будагов Б.А., Микаилов А.А. О влиянии совре­менных тектонических движений на формирование и динамику ландшафтов Юго-восточного Кавказа. Изв.АН Азерб.ССР, сер.наук о Земле. Баку: Елм, № 2, 1977, стр. 89-95
  3. Будагов Б.А., Микаилов А.А. Развитие и фор­мирование ландшафтов Юго-Восточного Кавказа в связи с новейшей тектоникой, Элм, 1985, 176 стр.
  4. Budaqov B.Ə.,Mikayilov A.A.,Qəhrəmanov A.İ. Ləzə sürüşmə-sel axınının əmələ gəlməsinin geo­dina­mi­ki xüsusiyyətləri. ACC VII qurultayının materiallari. Bakı: 1998, s.6-8
  5. Bondyrev I.V., Budagov B.A., Ali Uzun, Ali Uzun, Alizade E.K., Hoshrahan H., Gogmachadze S.A. The glaciers of the south Caucasus, Estimaion and ra­tional uutilization of natural resource potensial of geo­sis­tems in the conditions of qlobal changes, Transaction of the Azerbaijan Geographical Society, vol.XVIII, De­vo­ted to a 90 anniversary of National leader H.A.Ali­yev, Baku, 2013, pp.115-127.
  6. Дашдиев Р.Г. Экологическая оценка ланд­шаф­тов северо-восточного склона Большого Кавказа, МГОА, XI том, 2007, стр.206-207
  7. Исмаилов М.Д. Факторы влияния динами­чес­ких процессов на современные ландшафты Самур-Дивичинской низменности, ТГОА, Проблемы гео­морфологии и ландшафтов Азербайджана, том VI. Баку: 1999, стр. 41-52
  8. Исмаилов М.Дж., Мамедбеков Э.Ш., Юну­сов М.И. Переходные зоны межструктурных ланд­шаф­тов и их экологический потенциал // “Современные проблемы географии”, материалы конференций пос­вяжен. 85 летнего юбилея Г.А.Алиева, МГОА, Ба­ку: филиал БГУ, 2008, стр.90-96
  9. Quluzadə V.Ə., Həsənəliyeva L.H. Daglıq ölkə­lərdə ekoloji gərginlik yaradan qravitasion morfo­gene­tizin dinamikasında geoloji-geomorfoloji amillərin rolu (Böyük Qafqazın Azərbaycan hissəsi timsalında) // “Coğrafiyanın bu günü və sabahı”, M.A.Müseyibovun 80 illik yub.həsr olun. elmi konfr. mater., Bakı, 2007, səh.47-49
  10. Həsənəliyeva L.H. Böyük Qafqazın şimal-şərq yamacı landşaftlarına ekzodinamik proseslərin tə­siri // “Təbii-təsərrüfat sistemlərinin ekoloji təhlükə­siz­liyinin təlimatı coğrafiya problemləri”. Bakı: ACC əsər­ləri, XIV cild. 2009, səh.71-73
  11. Гарибов Я.А. Типизация горных ланд­шаф­тов Азербайджанской республики по устойчивости к антропогенных факторов // Наука о современном Ми­ре, материалы XI международной научно-прак­ти­ческой конференции 27 августа 2012, Москва, стр. 28-31
  12. Марданов И.Э., Микаилов А.А., Ализаде Э.К., Тарихазер С.А. Морфоструктурная обуслов­лен­ность экзодинамических процессов на примере Aзер­байджанской части Большого Кавказа. «Из­вес­тия АН Азербайджана», серия наук о Земле. Баку: 1996-1997, №1-6, стр.24-30
  13. Мусеибов М.А. Ландшафты Азербайджан­ской Республики. Баку: изд. БГУ, 2003, 138 стр.
  14. Тарихазер С.А. Специфические особенности и тенденции развития высокогорных экосистем се­веро-восточного склона Большого Кавказа // ТГОА, Материалы Международной научно-практической конференции посвящ. 90-летию Общенациональ­но­го лидера Г.А.Алиева  XVIII том. Баку: 2013, стр.97-101

 

Çapa qəbul olunub: 05 oktyabr 2021

Məqaləni yüklə