BİOGEN VƏ MİKROBİOLOJİ MƏLUMATLARA ƏSASƏN LƏNKƏRANÇAYIN MÜASİR EKOLOJİ VƏZİYYƏTİNİN TƏHLİLİ
A.Ə.Məlikov
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu, AZ 1143, Bakı, H.Cavid pr.,115
X ü l a s ə
Lənkəran təbii vilayətində hal-hazırda ən çox antropogen təsirlərə məruz qalan çaylardan biri Lənkərançaydır. Çayın sahillərində düzgün təşkil edilməmiş turizm istirahət mərkəzlərində və istehsal müəssisələrində formalaşan tullantılar və çirkab suları təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa çaya atılır ki, bu da, çayın tədricən ekoloji tarazlığının pozulmasına gətirib çıxara bilər. Bundan başqa Lənkərançayın su mühafizə zonasının və sahil mühafizə zolaqlarının qanunsuz olaraq mənimsənilməsi və çayın sahillərində özbaşına sosial infrasturkturların yaradılması da başlıca ekocoğrafi problemlərdəndir. 2019-cu ilin iyun ayında 4 məntəqə üzrə çaydan və çayın sahilində fəaliyyət göstərən istehsal müəssisəsindən çaya tökülən axardan götürülən su nümunələri üzərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin (XKEMİ) laboratoriyasında aparılmış biogen və mikrobioloji təhlillərin nəticələri də bunu bir daha təsdiq edir.
Açar sözlər: Lənkərançay, antropogen yüklənmə, ekoloji vəziyyət, çirkab suları, biogen və mikrobioloji məlumatlar
ƏDƏBİYYAT
- Azərbaycan Respublikasının coğrafiyası, İqtisadi, sosial və siyasi coğrafiya, Əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsi qanunauyğunluqları, Bakı, 2015, II cild, s.105-115;
- Abduyev M.A. Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin tədqiqi və su ilə təminatın ekoloji təhlükəsizliyinin qiymətləndirilməsi, Coğrafiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasının avtoreferatı, Baкı, 2013, s.25;
- Abduyev M.A. Antropogen yüklənməyə görə çay hövzələrinin ekoloji vəziyyətinin qiymətləndirilməsi (Azərbaycan Respublikası daxilində), AMEA Xəbərləri, Yer elmləri seriyası, № 3, Bakı, 2007, s. 95;
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin su nümunələrinə dair arayışı və bülleteni, Masallı, Lənkəran, Lerik və Astara rayonlarının sahil zolağının ekoloji vəziyyəti, Bakı, 11 iul 2019, s.2-4;
- Меликов А. А. Оценки антропогенной нагрузки на состояние рек Ленкоранской природной области Азербайджана, Воронеж, Вестник Воронежского государственного университета, Серия: География, Геоэкология, 2018, Выпуск № 2, С. 81.
- Məlikov A.Ə. Lənkərançayın antropogen çirklənməsinin ekocoğrafi problemləri, AMEA Xəbərləri, Yer elmləri seriyası, № 3, Bakı, 2009, s.69.