AZƏRBAYCANIN ŞİRİN SU EKOSİSTEMLƏRİ: PROBLEMLƏR VƏ GÖZLƏNTİLƏR
R.M.Məmmədov, M.S.Həsənov, M.C.İsmayılov
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
[email protected], [email protected], [email protected]
X ü l a s ə
Bütün dünyada olduğu kimi Azərbaycanda da şirin su ekosistemlərində yaranmış ekoloji vəziyyət cəmiyyətimizin bütün təbəqələrini narahat etməkdədir. İqlim dəyişmələri ilə yanaşı sürətlə artan suya tələbat qeyd olunan ekosistemlərdə vəziyyəti daha da gərginləşdirir. Məqalədə son illər Azərbaycanın arid və semiarid regionlarındakı çay-dərə, akval-göl, çala- bataqlıq, çala-çəmən, süni su tutar ekosistemlərində baş verən dinamiki dəyişmələr çöl tədqiqat, kosmik şəkillərin deşiflənməsi, tarixi-coğrafi yanaşma metodlarının köməyi ilə kompleks şəkildə araşdırılmışdır. Məlum olmuşdur ki, 2020-ci ilin isti dövrünün başlanğıcında Kür çayı suyunun Xəzər dənizinə tökülməsi dayanmış və çayın mənsəbə yaxın yatağı tamamilə dəniz suyu ilə dolmuş Kür-Araz ovalığındakı geniş əkins ahələrinə suvarma suyunun verilməsində və əhalinin şirin su ilə təmin edilməsində ciddi problemlər yaranmışdır. Yaranmış kəskin ekoloji böhranlı vəziyyətin səbəbləri, ona qarşı mübarizə tədbirləri və problemin həllində gələcəkdə baş verə biləcək gözləntilər elmi cəhətdən əsaslandırılmaqla şərh edilmişdir.
Açar sözlər: şirin su ekosistemləri, su problemi, çaylar, çay yatağı, qum-çınqıl karxanaları.
Çapa qəbul olunub: 30 avqust 2020