Coğrafiya və təbii resurslar

AZƏRBAYCANIN REGİONLARINDA İQTİSADİ-EKOLOJİ VƏZİYYƏTİN ƏRAZİ DİFERENSASİYASI VƏ DAYANIQLI İNKİŞAF YOLLARI

M.X.Məmmədov

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı ş., Ü.Hacıbəyov küç., 68

X ü l a s ə.  Məqalədə Azərbaycanın regional iqtisadi-ekoloji diferensasiyası və funk­si­o­nal strukturunun dayanıqlı inkişaf  konsepsiyası tədqiq edilir. Tədqiqat zamanı prob­lemə kompleks yanaşılmış və regional iqtisadi inkişafın dayanıqlı bazası olan təbii, iqtisadi və sosial şəraiti, istehsalın daxili potensialı, onun ərazi təş­ki­linin xarakteri, ərazi diferensasiyasının xüsusiyyətləri təhlil edilir. Təhlil za­ma­nı təbii və antropogen (texnogen) proseslərin birbaşa təsirinə məruz qalmış re­gionlarda təbii və antropogen xarakterli göstəricilərin əsasında təbii, iq­ti­sa­di, sosial gərginliyin və iqtisadi-ekoloji situasiyasının yaxşılaşdırılmasının da­ya­nıqlı dərəcəsinə görə qruplaşdırılması aparılmışdır.

Aparılan təhlillər göstərir ki, regionlarda təsərrüfat sahələrinin fəaliyyəti nəti­cə­sində, xüsusilə dağ-mədən sənayesinin inkişafı, kənd təsərrüfatı məh­sul­la­rı­nın becərilməsi, burada kimyəvi  maddələr və mineral gübrələrdən istifadə, mə­işət tullantılarının ərtafa atılması, çaylara, göllərə, əsasən də Xəzər dənizinə atılması bir çox ərazilərdə ciddi ekoloji gərginliyə səbəb olmuşdur. Onların ara­dan qaldırılması, ekoloji tarazlığın qorunması üçün ciddi tədbirlər gö­rül­mə­si, təmizləyici qurğular yaradılması tələb olunur. Məqalədə bu istiqamətdə tək­liflər və tövsiyələr işlənmişdir

Açar sözlər: iqtisadi-ekoloji ərazi diferensasiyası, funksional struktur, dayanıqlı inkişaf, iqtisadi-ekoloji situasiya, gərginlik arealları

ƏDƏBİYYAT

  1. Azərbaycanın statistik göstəriciləri – 2016. Bakı, DSK, 2017, 814 s.
  2. Azərbaycanın kənd təsərrüfatı – 2016. Bа­кı, ДSК, 2017, 608 с.
  3. Azərbaycanın regionları – 2016. Bаkı, DSК, 2017. 806 s.
  4. Azərbaycanın sənayesi 2017. Bаkı, DSК, 2018, 327 s.
  5. Azərbaycan Respublikası regionlarının so­si­al-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər). “Azərbaycan” qəz, Bakı, 2004, 13 fevral.
  6. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proq­ramı. “Respublika” qəz, Bakı, 2009, 16 aprel.
  7. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı. “Respublika” qəz, Bakı, 2014, 28 fevral.
  8. Битюкова В.Р. Эволюция экономической си­туации в регионах России 1990-2009 гг / В.Р.Бит­ю­кова. М., 2011, 120 с.
  9. Гаджи-заде А.М. Азербайджанский про­мыш­ленный комплекс. Б., 1975, 203 с.
  10. Məmmədov M.X. Regional konseptual in­ki­şaf: iqtisadi-ekoloji problemlər. Bakı, 2014, 373 səh.
  11. Nuriyev Ə.X. Azərbaycanda iqtisadi inkişaf və mo­delləşmə siyasətinin konseptual əsasları. Ba­kı, 2013, 418 səh.
  12. Субботина Т.В. Социально-эко­ло­ги­чес­кие сис­темы / Т.В.Субботина. Печть, 2009, 292 с.
  13. Azərbaycan Respublikasının coğrafiyası. II cild. İqtisadi, sosial və siyasi coğrafiya. Bakı, 2015, 327 s.
  14. Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı, 2015, 400 s.
  15. İnsan və ətraf mühit. Azərbaycan CC əsər­lə­ri, XX cild, Bakı, 2017, 544 s.
  16. N.Ə.Paşayev, N.H.Əyyubov, Z.N.Emi­nov. Azər­baycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.
  17. Müstəqillik yollarında – 25. AMEA. Bakı, 2016. s. 382-486.

Məqalni yüklə