AZƏRBAYCANIN REGİONLARINDA BİTKİÇİLİYİN İNKİŞAF PROBLEMLƏRİ VƏ ƏRZAQ TƏMİNATINDA BU SAHƏNİN ROLU
Z.R.Babayeva
AMEA, akad.H.Ə.Əliyeva adına Coğrafiya İnstitutu
Az 1143, Bakı ş. H.Cavid pr., 115
X ü l a s ə
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ən mühüm vəzifələrdən biridir. Ərzaq məhsulları istehsalı və daxili bazarın qorunması məsələlərində əsas yeri kənd təsərrüfatı məhsulları təşkil edir. Tədqiqatlar göstərir ki, ölkə əhalisinin bir sıra ərzaq və yeyinti məhsullarına olan tələbatı yerli istehsal hesabına tam şəkildə ödənilmir. Lakin kənd təsərrüfatı əhalinin məşğul olduğu əsas iqtisadi fəaliyyət sahələrindən biridir. Ona görə bu sahədə məhsuldarlığın artırılması vacib vəzifələrdən biridir.
İqtisadi rayonlar təbii şəraitinə uyğun kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə ixtisaslaşmışdır. Bu zaman ərzaq məhsullarının keyfiyyət göstəriciləri də mühüm əhəmiyyətə malikdir. Ərzaq təminatında əsas göstəricilərdən biri də ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsidir. Bu problemin həll edilməsi üçün kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi və məhsul istehsalının artırılması tələb olunur.
Açar sözlər: ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, ərzaq təminatı, iqtisadi rayonlar, heyvandarlıq, yeyinti sənayesi, bitkiçilik sahələri
ƏDƏBİYYAT
- Abbasov A.F. Ərzaq təhlükəsizliyi. Bakı, Nasir, 2007, 602 s.
- Abbasov İ. Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı. Bakı, “Şərq-Qərb”, 2013, 712 s.
- Abbasov İ.M., Əliyev T.N. Qeyri-neft sənayesinin iqtisadiyyatı. Bakı, “Elm və Təhsil”, 2017, 501- s.
- Ataşov B.X., Ərzaq təhlükəsizliyinin aktual problemləri, Bakı, 2005, 336 s.
- Azərbaycanın demoqrafik göstəriciləri 2016. Bakı: DSK, 2017, 472 s.
- Azərbaycanın ərzaq balansları, 2015, Bakı, DSK, 2016, 88 s.
- Azərbaycanın kənd təsərrüfatı – 2016. Bакı: ДSК, 2017, 608 с.
- Azərbaycanın statistik göstəriciləri -2016. Bakı: DSK, 2017, 814 s.
- Azərbaycan rəqəmlərdə, 2015, Bakı: DSK, 2016, 145 s.
- Azərbaycanın iqtisadi və sosial coğrafiyası, BDU, 2010, 470 s.
- Azərbaycanın regionları – 2016. Bаkı: DSК, 2017. 806 s.
- Azərbaycanın sənayesi 2016. Bаkı: DSК, 2017, 344 s.
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər). “Azərbaycan” qəz, Bakı, 2004, 13 fevral.
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər). “Respublika” qəz, Bakı, 2009, 16 aprel.
- Azərbaycanın konstruktiv coğrafiyası. III hissə. Bakı, 2000. 256 s.
- Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramı (2008-2015). Bakı, 2008, 51 s.
- Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol xəritəsi. Strateji Yol xəritələri. Bakı: 6 dekabr 2016. S. 115-286.
- Azərbaycan Respublikasının coğrafiyası. II cild. İqtisadi, sosial və siyasi coğrafiya. Bakı, 2015, 327 s.
- Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı, 2015, 400 s.
- Məmmədov Z.S. Regionların iqtisadi inkişaf problemləri. Bakı, Elm, 2007, 465 s.
- Məmmədli O., İsmayılov M., İsmayılov F. Milli iqtisadiyyatın tənzimlənməsi. Bakı, “MBM”, Bakı, 2014, 624 s.
- Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.
- Regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər). Bakı, DSK. Yanvar 2014, 507 с.
- Regionların sosial-iqtisadi inkişafı (2014-2018-ci illər). Bakı, DSK. Yanvar 2016, 594 с.
- Гаджизаде А.М. Азербайджанский промышленный комплекс. Баку: Азернешр, 1975, 204 с.