Coğrafiya və təbii resurslar

AZƏRBAYCANIN ORTA  ŞƏHƏRLƏRİNİN  DEMOQRAFİK  İNKİŞAF  XÜSUSİYYƏTLƏRİ

 

E.S.Bədəlov

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

[email protected]

X ü l a s ə

Məqalədə Azərbaycanın orta şəhərlərinin demoqrafik inkişaf xüsu­siy­yət­ləri, o cümlədən əhalinin artım tempi, təbii artım prosesləri, nikah və bo­şan­maların dinamikasının tədqiqi aparılmışdır. Orta şəhərlərdə demoqrafik pro­seslərin təhlili göstərir ki, belə ki, 1989-cu ildə tədqiq olunan şəhərlərdə yüksək təbii artım və doğum olduğu halda, 1995-2000-ci illərdə 2-3 dəfə azal­ma, 2010-cu illərin əvvəli 1,5 dəfə artım ilə müşayiət olunsada, 2017-ci ildən sonra yenidən azalma prosesi getmişdir. Ölkənin orta şəhərlərinin demoqrafik inkişafında olan problemlər, onlara təsir edən amillərlə sosial-iqtisadi inkişaf arasındakı əlaqə tədqiq edilir. Ölkənin şəhər əhalisi arasında orta şəhərlərin xüsusi çəkisinin daha yüksək olduğu Dağlıq Şirvan (80,6%) və Quba-Xaçmaz (65,3%) iqtisadi-coğrafi ra­yonlarının, həmçinin daha aşağı göstəricilərin qeydə alındığı regionların orta şəhərlərinin demoqrafik inkişaf xüsusiyyətləri araşdırılmışdır. Aparılmış təd­qiqatlar əsasında orta şəhərlərin demoqrafik inkişafının konseptual isti­qa­mət­ləri tövsiyə edilir.

 

Açar sözlər: şəhər, demoqrafik proses, təbii artım, doğum, ölüm, nikah, boşanma

 

ƏDƏBİYYAT

  1. Azərbaycanın demoqrafik göstəriciləri. Bakı-2019, DSK, 509 s.
  2. Azərbaycanın əhalisi. Bakı- 2000, 2010, 2018, 2019 DSK. 135 s
  3. Azərbaycan əhalisinin siyahıyaalma materialları 1970, 1989, 1999, 2009. Bakı, DSK.
  4. Azərbaycan Respublikasının coğrafiyası. II cild, Avropa, Bakı-2013, 501 s.
  5. Azərbaycan Respublikasının inzibati ərazi böl­güsü. Bakı-2013, 485 s.
  6. Bədəlov E.S. Azərbaycanin regionlarinda şəhər məntəqələrinin demoqrafik inkişafinin əsas meyilləri /ACC Cöğrafiya və Təbii Resurslar, 2017, № 2, s. 34-39
  7. Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı-2005, Çıraq. 560 s.
  8. Eminov Z.N. Azərbaycanın inzibati rayon mər­kəzləri və onların sosial-demoqrafik inkişaf xü­susiy­yətləri. Bakı-2005ACC Cöğrafiya və Təbii Resurslar, 2019, № 2, s. 54-63
  9. Əfəndiyev V.Ə, Nağıyev S.Q. Geourbanistika. Bakı-2016, BDU,272 s.
  10. Əfəndiyev V.Ə. Müasir mərhələdə Azər­bay­ca­nın şəhər əhalisinin sayının dinamikası. “Coğrafiya və təbii resurslar”, № 1. 2015, səh. 74-78.
  11. Göyçayski Ş.Y.Əhali coğrafiyası.Bakı, Maarif, 1979, 216 s.
  12. Hacızadə Ə.M. Azərbaycanın SSR əhalisi və onun məskunlaşması. Bakı, Azərnəşr, 1965, 116 s.
  13. Məmmədov R.M., Eminov Z.N., Əyyubov N.H. Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskunlaşma, resurslar və perspektivlər. Müstəqillik yollarında. Bakı-2016, Şərq-Qərb, 628 s. (s. 382-489).
  14. Rəşidov Ç.M. Azərbaycanın SSR-də şəhərlərin inkişafının müasir xüsusiyyətləri. Bakı-1985, 42 s.

 

Çapa qəbul olunub: 01 mart 2021

Məqaləni yüklə