Coğrafiya və təbii resurslar

AZƏRBAYCANIN ARİD REGİONLARINDA SU EHTİYATLARININ VƏZİYYƏTİ VƏ ONLARDAN İSTİFADƏ

R.M.Qaşqay, F.S.Sultanova, R.L.İsayeva 

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

[email protected]

X ü l a s ə

Məqalədə çoxillik tədqiqatlar nəticəsində quraq əraziləri su ilə təmin et­mək məqsədilə aparılan hidrotexniki qurğular araşdırılmış, onların yerləşməsi və istifadəsi haqqında təkliflər verilmişdir. Çaylarda çoxillik məlumat sıraları 3 dövrə bölünərək müqayisəli analiz aparılmışdır. Belə qənaətə gəlinmişdir ki, çay sularının həcmləri azalmamış, sadəcə olaraq onlar ərazi üzrə yenidən pay­lanmaya məruz qalmışlar. Bununla bərabər çay sularının il ərzində paylan­ma­sında dəyişikliklər baş vermişdir. Fikrimizcə bu, ilin sululuğundan və çay­lar­dan gö­türülən suyun həcmindən asılıdır. Məqalədə verilmiş diaqramlar buna sübut ola bilər. Məqalədə çayların sululuğunun çoxillik dövrdə dəyişməsini gös­tə­rən qrafik sübut edir ki, axırıncı illərdə çay sularının sululuq əmsalının ən az həc­minin daha tez təkrarlanması müşahidə olunur. Bu da həmin illərdə yağın­tının az olması ilə izah oluna bilər.

Açar sözlər: arid region, su ehtiyatları, çaylar, su sərfi, axım həcmi.

ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikasının Coğrafiyası, Fi­zi­ki Coğrafiya, I cild, “Avropa” nəşriyyatı, Bakı 2014, 530 s
  2. Nəbiyev H.I. və b. Lənkəran təbii vilayətində at­­mosfer yağıntıları, sellərin paylanma qanuna­uyğun­luq­ları və jnları şərtləndirən atmosfer sirkulyasiyasının xü­susiyyətləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsər­ləri XX cild, Bakı ,2017, s. 317-322.
  3. Рустамов С.Г. Гидрологические особен­нос­ти рек Азербайджана. Елм, 1960.
  4. Рустамов С.Г., Кашкай Р.М. Водный баланс Азербайджанской ССР. Елм. 1989, 184 с.
  5. Халилов Ш.Б. Водохранилища Азер­бай­джана и их экологические проблемы. Баку 2003.

 

Çapa qəbul olunub: 30 avqust 2020

Məqaləni yüklə