AZƏRBAYCANDA XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN LANDŞAFT-EKOLOJİ MÜXTƏLİFLİYİ VƏ KARKAS MODELİ
M.С.İsmayılov, E.A.Cəbrayılov
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu, AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə. Xüsusi mühafizə olunan təbiət ərazilərin yaradılması dünyanın təbii resurslarının və genofondunun, o cümlədən biomüxtəlifliyin qorunmasında və insanların sağlam həyat tərzinin təşkilində əhəmiyyətli tədbirlərdən biridir. Landşaft-ekoloji müxtəlifliyin qorunması və dayanıqlı inkişaf konsepsiyası sosial-iqtisadi göstəricilərin yüksəlməsi və eyni zamanda ətraf mühitin, ekosistemlərin mühafizəsinin təmin olunmasına xidmət edir. Təqdim olunan məqalənin məqsədi Azərbaycanda landşaft-ekoloji müxtəlifliyin mühafizə olunan ərazilərə nisbətinin və bu nisbətin dayanıqlı inkişafla əlaqəsini şərtləndirən amillərin öyrənilməsidir. Məqalədə milli park, qoruq və yasaqlıq kimi mühafizə olunan ərazilərin Azərbaycanda yaradılması prinsipləri, inkişafı göstərilməklə, landşaft-ekoloji müxtəlifliklər müəyyən olunmuş, ekoloji tarazlığın təmin olunması məqsədilə ilk dəfə landşaft-ekoloji karkas modeli verilmişdir. Azərbaycanın orta miqyaslı (1:600 000) rəqəmsal “ekoloji karkas” xəritəsi hazırlanmış və onun struktur elementləri tədqiq edilmişdir. Hazırda Azərbaycan ərazisinin yalnız 10,3%-i qorunan ərazilərdir. Azərbaycanda landşaftların antropogen yüklənməsinin kifayət qədər olduğunu nəzərə alsaq, qorunan ərazilərin sahəsinin ərazi təşkili strukturunun mövcud ekoloji tarazlıq normalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Bunun üçün qorunan ərazilərin sahəsinin ölkə ərazisinin 15%-nə qədər artırılması ilə bağlı təkliflər əsaslandırılmışdır.
Açar sözlər: Xüsusi mühafizə olunun təbiət əraziləri, milli park, qoruq, yasaqlıq, landşaft-ekoloji müxtəliflik, dayanıqlılıq, ekoloji karkas
ƏDƏBİYYAT
- Donald, P., Fıshpool, L., Ajagbe, A., Bennun, L., Buntıng, G., Burfıeld, I., … Wege, D. (2019). Important Bird and Biodiversity Areas (IBAs): The development and characteristics of a global inventory of key sites for biodiversity. Bird Conservation International, 29(2), 177-198. doi:10.1017/S0959270918000102
- Dudley, N. (Editor). Guidelines for Applying Protected Area Management Categories. Gland, Switzerland: IUCN. 2008, x + 86pp
- Dudley, N., Boucher, J.L., Cuttelod, A., Brooks, T.M., and Langhammer, P.F. (Eds). Applications of Key Biodiversity Areas: end-user consultations. Cambridge, UK and Gland, Switzerland: IUCN, 2014.
- Erken, Güven & Isfendiyaroglu, Sureyya & Yeniyurt, Can & Erkol, Itri & Karataş, Ahmet & Ataol, Murat & Crossman, Neville. Identifying key biodiversity areas in Turkey: a multi-taxon approach. International Journal of Biodiversity Science, Ecosystem Services & Management. 2016, 10.1080/21513732.2016.1182949.
- Guerbois, C., Fritz, H., Patterns and perceived sustainability of provisioning ecosystem services on the edge of a protected area in times of crisis. Ecosystem Services, 28, 2017, 196–206.
- IUCN, A Global Standard for the Identification of Key Biodiversity Areas, Version 1.0. First edition. Gland, Switzerland: IUCN, 2016.
- Schirpke U., Marino D., Marucci A., Palmieri M., Scolozzi R. Operationalising ecosystem services for effective management of protected areas: Experiences and challenges, Ecosystem Services, 28, 2017, 105–114
- Tore, E. & Cevik, G & Gokdemir, M & Eren, O & Korkmaz,. Ecotourism Policy Supported by Environmental Planning Procedure – an Environmental Planning Experience. Case of Identification of Igneada as an Eco-Town. Journal of environmental protection and ecology. 13. 2012, 628-642 p.
- United Nations The Sustainable Development Goals Report, New York, 2019.
- UNEP-WCMC and IUCN, Protected Planet: [PA by countries; The World Database on Protected Areas (WDPA)/The Global Database on Protected Areas Management Effectiveness (GD-PAME)] [On-line], [august/2019], Cambridge, UK: UNEP-WCMC and IUCN, 2019. Available at: www.protectedplanet.net.
- Wells, M.P., McShane, T.O., Integrating protected area management with local needs and aspirations. AMBIO: J. Hum. Environ. 33 (8), 2004, 513–519.
- Landşaft xəritəsi. Azərbaycan Respublikası. Miqyas 1:600000. E.K.Əlizadə, A.A.Mikayılov, M.C.İsmayılov, S.Y.Quliyeva və b. Ekologiya və Təbii Sərvətlər nazirliyi. BKF. 2017, Bakı.
- Елизаров А.В. Экологический каркас – стратегия степного природопользования // Степной Бюллетень, 1998, Вып. 2-4, с. 76-91
- Пономарев, А.А., Байбаков, Э.И., & Рубцов, В.А. Экологический каркас: анализ понятий. Ученые записки Казанского университета. Серия Естественные науки, 154 (3), 2012, c. 228-238.
- Тишков A.A. Охраняемые природные территории и формирование каркаса устойчивостистатья // Оценка качества окружающей среды и экологическое картографирование, И.Г. РАН, 1995, с. 94-107