Coğrafiya və təbii resurslar

AZƏRBAYCANDA RADON RİSKİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

F.F.Mahmudova

Xülasə. Məqalədə, Azərbaycanın yaşayış sa­hə­lə­rin­də radonun həcmli aktivliyinin ölçülməsinin  və əhalinin bədxassəli ağciyər törəmələri və radonun paylanması göstəriciləri arasında korrelyasiya təhlilinin nəticələri təsvir edilmişdir. 1987-ci ildə radon və onun parçalanma məhsulları Beynəlxalq Xərçəng Tədqiqatları Agent­li­yi­nin mütəxəssisləri tərəfindən insan üçün kanserogen ele­mentlər qrupuna aid edilmişdir. Qərbi Avropa və ABŞ-da aparılan araşdırmalar göstərir ki, radon siqaret çək­mədən sonra ağciyər xərçənginin ikinci əsas səbəbi, si­qaret çəkməyən insanlar arasında ağciyər xərçənginin əsas səbəbidir. Radonun həcmli aktivliyinin ölçüləri yaşayış evlərində Azərbaycanın yaşayış məntəqələrində keçirilirdi. Yaşayış yerlərində radonun həcmli fəaliyyəti SARAD və RAD7 (DURRİDGE) radon Scout və Radon Scout Plus radiometrləri ilə ölçülmüşdür. Müəyyən edil­mişdir ki, otaqların daxilində radonun həcmli ak­tivli­yi­nin ölçülmüş konsentrasiyaları geniş hüdudlarda dəyi­şir: 2-dən 1110-dək Bk/m3. Həmçinin, ağciyərin bəd­xas­səli xəstəliklərinin inkişafı ilə əhalinin radon təhlükəsi olan zonalarda yaşaması arasında asılılığın təhlili üçün nisbi risk göstəriciləri müəyyənləşdirilmişdir.

Açar sözlər: radonun həcmi aktivliyi, təbii ra­dio­ak­tivlik, radon təhlükəsi, insan sağlamlığı, ağciyərlərin bədxassəli törəmələri.

 

ƏDƏBİYYAT

  1. Aliyev Ch.S., Feyzullaev А.А., Baghirli R.J, Мahmudova F.F. Regularities of radon dis­tri­bution on the territory of Azerbaijan and control­ling factors // Geophysics, No1, 2017, pp. 72-73 (In Russian)
  2. Aliyev Ch.S., Feyzullayev A.A., Baghırlı R.J., Mahmudova F.F. Results of measurements of Radon Volume Activity in Azerbaijan // Izvestiya, Atmos­phe­ric and Oceanic Physics, 2018, Vol.54, No.7. pp. 654-660
  3. Cohen В. Relationship between exposure to radon and various types of cancer. Health Physics, Vol.65(5), 1993, pp. 529-531
  4. Edward J., Calabrese L., Baldwin A. Radiation Hormesis and cancer. Human and Ecological Risk Assessment, Vol.8, No2, 2002, pp. 327-353
  5. Veliyeva F.F., Aliyev Ch.S., Feyzullayev A.A., Baghirli R.J., Pampuri L., Hoffmann M., Val­san­gi­acomo C. Indoor Radon Mapping in Azerbaijan / 11th International Workshop on the Geological Aspects of Radon Risk Mapping. Czech Geological Survey. Pra­gue, 2012. pp. 260-268.

 

Çapa qəbul olunub: 15 dekabr 2021

Məqaləni yüklə