Azərbaycan Respublikasında əhalinin etnik müxtəlifliyi və linqvistik strukturu

AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN ETNİK MÜXTƏLİFLİYİ VƏ LİNQVİSTİK STRUKTURU

Sona İmanova1*

1Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan

*Məsul müəllif: sona.imanova@adpu.edu.az

DOI: https://doi.org/10.5281/zenodo.23451038

PDF yüklə

Xülasə

Məqalədə Azərbaycan Respublikasında əhalinin etnik müxtəlifliyi və linqvistik strukturu təhlil edilmişdir. Tədqiqat çərçivəsində respublikada mövcud olan əsas etnik qruplar, onların tarixi inkişaf xüsusiyyətləri və regional yayılması araşdırılmışdır. İllər üzrə Azərbaycan əhalisinin və Azərbaycan etnosunun say və inkişaf dinamikası təhlil edilmiş, əhalinin ümumi mənzərəsi təsvir edilmişdir. Təhlil zamanı ölkədə əhalinin etnik və dil tərkibi ilə yanaşı, etnik qrupların tarixən formalaşması, adət-ənənələri və məşğuliyyətləri öyrənilmişdir.

Həmçinin əhalinin istifadə etdiyi dillərin coğrafi paylanması, rəsmi və qeyri-rəsmi dillərin statusu, dialekt xüsusiyyətləri təhlil edilmiş və müəyyən nəticələr əldə edilmişdir. Alınan nəticələr göstərir ki, Azərbaycan Respublikası çoxmillətli və linqvistik baxımdan çoxşaxəli ölkədir və bu müxtəliflik milli identiklik, özünüdərk, sosial inteqrasiya və ictimai-siyasi həyat baxımından əhəmiyyətli rol oynayır. Ən son statistik göstəricilər əsasında ölkənin etnik tərkibi faizlərlə təqdim edilmiş və ölkə əhalisi haqqında geniş təsəvvür yaradılmışdır.

Tarixən çoxmillətli Azərbaycan dövlətinin hüdudlarında yaşayan çoxsaylı xalqların etnik-mədəni özünəməxsusluğunun qorunub saxlanılması və inkişafı üçün dövlət tərəfindən müvafiq hüquqi və institusional mexanizmlərin yaradıldığı, dörd etnosun hər birinin sayının 100 mindən artıq olduğu və ölkədə yaşayan xalqların dillərinin dörd fərqli dil ailəsinə daxil olduğu müəyyən edilmişdir. Məqalədə demoqrafik-statistik və dilçilik məlumatlarına əsaslanaraq etnik-linqvistik balansın təmin edilməsi, ictimai-siyasi sabitliyin qorunması, sosial inteqrasiya və dövlətçilik siyasətinin davamlılığı dəyərləndirilir.

Etnik və dil tərkibindən bəhs edən tədqiqat işində regional xüsusiyyətlər və tarixi proseslərlə yanaşı, qloballaşmanın təsiri də nəzərə alınmışdır. Eyni zamanda tədqiqat zamanı tarixi, sosial-iqtisadi, mədəni-linqvistik, demoqrafik və coğrafi aspektlər üzrə təhlillər kompleks şəkildə həyata keçirilmişdir.

Açar sözlər

çoxmillətli, xalq, etnik azlıqlar, superetnos, etnos, milli qrup, folklor


Məqalə haqqında

Jurnal: Coğrafiya və Təbii Resurslar
Bölmə: Coğrafiya elmləri
Cild: 12
Nömrə: 1
İl: 2026
Səhifələr: 23–30
Nəşr tarixi:
Lisenziya: CC BY 4.0


Ədəbiyyat siyahısı

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. (t.y.). ASİS [Statistik məlumat bazası]. 18 oktyabr 2026 tarixində əldə edilib: https://www.azstat.gov.az/portal/tblInfo/TblInfoList.do

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, & Azərbaycan Milli Kitabxanası. (2016). Azərbaycanda multikulturalizm: Biblioqrafiya. Apostrof.

Babayeva, F. (2020, 11 yanvar). Azərbaycanda multikulturalizm ənənələri. Yeni Azərbaycan, (4), 6. https://anl.az/down/meqale/yeni_az/2020/yanvar/694877.htm

Bünyadov, Z. M., & Yusifov, Y. B. (Red.). (2009). Azərbaycan tarixi [Dərslik]. Çıraq.

Cəfərli, M. (2024). Sovet Azərbaycanında alman kəndlərinin erməniləşdirməsi siyasəti. XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun materialları (11–13 iyun 2024, Bakı, s. 425–431). https://doi.org/10.30546/100981.1.2024.0153

Sublaik, R., Prajapat, S., Varghese, S., Sharma, V., & Jafarov, S. (2024). Marketing innovations and their impact on financial performance: Perspectives from management experts. Educational Administration: Theory and Practice, 30(5), 9286–9292. https://kuey.net/index.php/kuey/article/view/3504

İmanova, S. H. (2026). Əhali coğrafiyası.

Jafarov, S., & Imrani, Z. (2021). Comparison of the Azerbaijani education system with the US education system (XX–XXI centuries (1960–2015)). In World Science: Problems and Innovations: The XVI International Scientific Symposium, East Lansing, Michigan, USA. https://doi.org/10.5281/zenodo.5895028

Jafarov, S., Imrani, Z., & Eminov, Z. (2024). The current state of foreign trade relations of the Republic of Azerbaijan. South Florida Journal of Development, 5(7), e4194. https://doi.org/10.46932/sfjdv5n7-034

Quliyeva, S. (Tərt.). (2012). Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu: Metodik vəsait. M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası. https://www.anl.az/down/Azsayli_xalqlar.pdf

Məhərrəmov, C. N., & Həsənova, İ. N. (2022). Multikulturalizm və tolerantlıq (multikulturalizmə giriş): Dərs vəsaiti (Əlavələrlə təkmilləşdirilmiş təkrar nəşr).

Musayeva, S. X. (2020). Şəki-Zaqatala bölgəsi multikultural və tolerantlıq ənənələrinin ən gözəl nümunəsidir. Tarix, insan və cəmiyyət, (2[29]), 90–94. https://adpu.edu.az/images/adpu_files/elm/elmi-jurnallar/03tic/tic-2-2020.pdf

Paşayeva, M. T. (2013). Azərbaycanlıların adət və inancları [Tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu].

Yaqubqızı, M. (Tərt.). (2014). Azsaylı xalqların folkloru (I kitab). Elm və təhsil.


Məqaləyə istinad (APA 7)

İmanova, S. (2026). Azərbaycan Respublikasında əhalinin etnik müxtəlifliyi və linqvistik strukturu. Coğrafiya və Təbii Resurslar, 12(1), 23–30. https://doi.org/10.5281/zenodo.23451038