Coğrafiya və təbii resurslar

ARAZBOYU DÜZƏNLİKLƏRDƏ ƏHALİ MƏSKUNLAŞMASININ LANDŞAFTA TƏSİRİNİN TƏDQİQİ

L.H.Həsənəliyeva

Bakı Dövlət Universiteti

AZ1148, Bakı, Akademik Zahid Xəlilov küçəsi 23

[email protected]

 

X ü l a s ə

Məqalə Kiçik Qafqazın cənub-şərq yamacında yerləşən Arazboyu düzən­liklərin işğaldan azad olunmuş ərazilərində əhali məskunlaşması və onun müasir problemlərinə həsr olunmuşdur. Bununla yanaşı işğal müddətində ermə­ni işğalçılarının ərazinin ekoloji şəraitinə göstərdikləri mənfi təsirlər araşdırılmışdır. Hərbi təcavüz nəticəsində meşə komplekslərinə, nadir ağac və bitki növlərinə, fauna və floraya göstərilən təsir nəticəsində torpaq bitki örtüyü kəs­kin dəyişilmiş, landşaftlar transformasiyaya uğramışdır. Ərazidəki sutu­tar­ların çirkləndirilməsi, yaşayış məntəqələrinin və orada məskunlaşmış əhalinin təsərrüfat sahələrinin dağıdılması haqqında faktiki materiallar verilmişdir. Tərk edilmiş yaşayış məskənlərinin, tarixi, mədəni, təbiət abidələrinin dağı­dılması, ərazinin ekoloji şəraitinin pozulması faktları araşdırılmışdır.  Araz­boyu düzənliklərin işğaldan azad olmuş ərazilərində yenidən məskunlaşmanın daha dəqiq və elmi cəhətdən əsaslandırılmış coğrafi məkan məlumatlarının toplanılması və bunun əsasında CİS bazasının yaradılması ilə  müxtəlif məz­munlu tematik xəritələrin tərtibatına ehtiyac duyulur. Azərbaycanın işğaldan azad olmuş regionlarında əhalinin məskunlaşması əsasında  geoekoloji şə­raitin, təbii resurs potensialının qiymətləndirilməsi qarşıda duran vəzifə­lər­dəndir. Məqalədə Azərbaycanın bu ərazisində  əhali məskunlaşmasının   land­şaft   ekoloji şəraitə, təbii resurs potensialının inkişafına təsirləri müxtəlif as­pektlərdən qiymətləndirilmişdir.

Açar sözlər: məskunlaşma, ekoloji şərait, landşaft, Kiçik Qafqaz, Arazboyu düzənlik, CİS.

 

ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikasının coğrafiyası, III cild, Regional coğrafiya, Bakı: 2015, 400 s.
  2. Azərbaycan Respublikasının 1999-cu il siyahı­ya­alınmasının yekunları, I c. Əhalinin sayı, cins, yaş tər­ki­bi, Bakı: DSK, 2000, 565 s.
  3. Azərbaycan Respublikasının 2009-cu il siyahıya­alınmasının yekunları, I c. Əhalinin sayı, cins, yaş tər­kibi, Bakı: Səda, DSK, 2010, 629 s.
  4. Azərbaycanın demoqrafik göstəriciləri. Əhalinin sayı, cins, yaş tərkibi, Bakı: 9 №li kiçik müəssisə, DSK, 2021, 140 s.
  5. Eminov Z.N. Azərbaycanın əhalisi, Bakı: Çıraq, 2005, 560 s.
  6. Əlizadə E.K. Kiçik Qafqazın şərq hissəsinin kos­mik şəkillərinin morfogenetik deşifrlənməsi. Azərb. Coğrafiya Cəmiyyətinin VI qurultayının materialları. Bakı, 1990, s. 82-83.
  7. İsmayılov M.C. Landşaftların fəaliyyət inten­sivli­yinin onun məhsuldarlığına təsirinin öyrənilməsi. Dağ­lıq ölkələrin müasir ekoloji-coğrafi problemləri. ACC-nin əsərləri. VII cild. Bakı, 2001, s. 27-35
  8. Qəribov Y.Ə., Məmmədbəyov E.Ş., Yunusov M.İ. Kiçik Qafqazın cənub-şərq yamacı landşaftlarının an­tropogen təsirlərlə dəyişilməsi (aerokosmik materiallar əsasında), AMEA, Yer elmləri, Xəbərlər, № 3, Bakı: Nafta-Press, 1998, s. 28-32
  9. Qəribov Y.Ə. Azərbaycan Respublikasının müasir landşaftlarının antropogen transformasiyası. Bakı: Mars Print, 2011, 299 s.
  10. Qəribov Y.Ə. Azərbaycan Respublikasının təbii landşaftlarının optimallaşdırılması. Bakı: AzTU mət­bəəsi, 2012, 216 s.
  11. Mehbalıyev E.Q. Azərbaycanda məskunlaşmanın təkmilləşdirilməsi haqqında, AMEA, Yer elmləri, Xə­bərlər, № 3, Bakı: Nafta-Press, 1998, s. 95-98.
  12. Müseyibov M.A. Azərbaycanın fiziki coğra­fi­yası. Bakı: Maarif, 1998, s. 62-109.

 

Çapa qəbul olunub: 28 oktyabr 2022

Məqaləni yüklə