ABŞERON İQTİSADİ-COĞRAFİ RAYONUNDA ƏHALİNİN YAŞAYIŞ KEYFİYYƏTİNİN FORMALAŞMASININ SOSİAL ƏSASLARI
T.M.Hüseynova
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Məqalədə Abşeron iqtisadi rayonunun sosial xidmət sahələrinin inkişaf xüsusiyyətləri təhlil olunmuş, bu sahədə yaranan problemlər və onların həlli yolları öz əksini tapmışdır. Tədqiq olunan ərazidə əhalinin yaşayış keyfiyyətinin formalaşmasına təsir edən amillərdən olan sosial sahəyə baxılmış, əhalinin sayı, mənzil şəraiti, təhsil və səhiyyə göstəricilərinin təhlili verilmişdir. Həmin göstəricilər əhalinin siyahıyaalma materialları və cari statistik məlumatlar əsasında hesablanmış və bu sahədə baş verən dəyişikliklər öyrənilmişdir. İnzibati rayonların göstəriciləri ayrı-ayrı illər üzrə iqtisadi rayonun müvafiq göstəriciləri ilə müqayisə edilmişdir. Həmçinin Bakı şəhərinin regionda mövqeyi əks olunmuşdur. Ölkədə baş verən sosial-iqtisadi proseslər əhalinin yaşayışına birbaşa təsir göstərir. Belə ki, keçid dövründə sosial-iqtisadi çətinliklər, iş yerlərinin itirilməsi, sosial sfera sahələrinə ayrılan gəlirlərin azalması əhalinin yaşayış keyfiyyətinə mənfi təsir göstərmişdir. Bir çox sosial islahatların həyata keçirilməsinə baxmayaraq, bu sahədə problemlər hələ də qalmaqdadır. Tərtib olunmuş məqalədə tədqiqat əsasında aşkar olunan problemlər, onların aradan qaldırılması istiqamətləri müəyyənləşdirilmiş, elmi baxımdan əsaslandırılmış və təkliflər verilmişdir.
Açar sözlər: yaşayış keyfiyyəti, sosial inkişaf, mənzil şəraiti, təhsil, səhiyyə
ƏDƏBİYYAT
- Azərbaycanın regionları. Bakı, DSK, 2015, 836 səh.
- Azərbaycanın regionları. Bakı, DSK, 2019, 788 səh.
- Azərbaycanın demoqrafik göstəriciləri. Bakı, DSK, 2019, 512 səh.
- Azərbaycan Respublikasının Coğrafiyası “İqtisadi, sosial və siyasi coğrafiya” II cild. Akad. R.M.Məmmədovun redaksiyası ilə. AMEA, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Bakı: Avropa, 2015, 328 səh.
- Azərbaycan Respublikasının Coğrafiyası “Regional coğrafiya” III cild. Akad.R.M.Məmmədovun redaksiyası ilə. AMEA, akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Bakı: Avropa, 2015, 400 səh.
- Bədəlov E.S. Abşeron iqtisadi-coğrafi rayonunda sosial-demoqrafik problemlər və məskunlaşma məsələləri. Bakı: Avropa, 2016, 199 səh.
- Bədəlov E.S. Abşeron iqtisadi-coğrafi rayonunda iqtisadi-sosial bazanın tənzimlənməsi istiqamətləri. “Coğrafiya və təbii resurslar”, №1, Bakı: Avropa, 2016, səh.70-73.
- Eminov Z.N. Azərbaycan əhalisi. Bakı: Çıraq, 2005, 558 səh.
- Eminov Z.N. Azərbaycan Respublikasında demoqrafik inkişafın regional problemləri və demoqrafik siyasət. / “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” elmi konfrans, Bakı: Avropa, 2016, səh.10-18.
- Əfəndiyev V.Ə., Dəmirqayayev Ş. Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri. Bakı- Nicat, 1995, 172 səh.
- Əliyeva R.Ş. Bədəlov E.S. Abşeronda məskunlaşma və memarlıq. Bakı: Avropa, 2016, 266 səh.
- Mehrəliyev R.M., Əyyubov N.H., Sadıqov M.O., Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri. Bakı-Elm.1998, 192 səh.
- N.Ə.Paşayev, N.H.Əyyubov, Z.N.Eminov. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 səh.
- Васнев С.А.Статистика: Учебное пособие Москва: МГУП, 2001. 170 с. Səh.108-109
- Жеребин В.М.,Романов А.П. Уровень жизни населения-М:, Юнити-ДАНА,2002-592 с.
- UK Department for Education. The Importance of Teaching. The Schools White Paper 2010. Presented to Parliament, November 2010
- The World Health Report 2000, Health Systems: Improving Performance. World Health Organization.
Çapa qəbul olunub: 01 mart 2021
Məqaləni yüklə