1991-2020-ci İLLƏRDƏ ŞUŞA ŞƏHƏRİNİN TEMPERATUR VƏ ATMOSFER YAĞINTILARI REJİMİNİN TƏDQİQİ
S.H.Səfərov, İ.V.Əhlimanova, E.S.Səfərov
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Məqalədə reanaliz məlumatlarına əsasən və müxtəlif statistik metodların tətbiqi ilə erməni işğalı dövründə (1991-2020-ci illər) Şuşa şəhərinin temperatur və atmosfer yağıntıları rejimi tədqiq edilmişdir. Bu məqsədlə 1961-1990-cı illər dövrü üçün faktiki və müvafiq reanaliz məlumat sıraları arasında korrelyasiya əlaqəsinin səviyyəsi müəyyənləşdirilmiş, sonra isə həmin sıraların eyni statistik təminata uyğun hədləri müqayisə edilməklə kalibrlənmə əyriləri qurulmuşdur. Həmin kalibrlənmə əyrilərindən istifadə etməklə reanaliz məlumatlarına əsasən 1991-2020-ci illərin kvazi-faktiki qiymətləri bərpa edilmişdir. Müəyyən edilmişdir ki, baxılan dövrdə iqlim normasına nisbətən havanın temperaturu 0,7 dərəcə artmış, atmosfer yağıntıları isə nəzərə çarpacaq dərəcədə (20-23%) azalmışdır. Məqalədə həmçinin aylar üzrə də temperatur və yağıntı rejiminində baş verən dəyişikliklər tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, havanın temperaturunun ən böyük artımı fevral, mart və avqust aylarına təsadüf edir, noyabr və dekabr aylarında isə, əksinə, azalma qeydə alınır. Yağıntıların azalması isə əsasən ilin isti dövrünə təsadüf edir.
Açar sözlər: Havanın temperaturu, atmosfer yağıntıları, reanaliz, kvantil biplotları, kvazi-faktiki məlumatlar.
ƏDƏBİYYAT
- ETSN, Azərbaycanın iqlim dəyişikliyi dair BMT-nin Çərçivə Konvensiyasına Üçüncü Milli Bəyanatı. Bakı, 2015, 66 s.
- İmanov F.S. Hidrometeorologiyada statistik metodlar.– Bakı, 2011, 272 s.
- Səfərov S.H., Hüseynov C.S., İbrahimova İ.V. Azərbaycan Respublikasının qərb ərazilərində uzunmüddətli temperatur dəyişmələrinin xüsusiyyətləri // Milli Aviasiya Akademiyasının Elmi Əsərləri, Bakı, 2018, № 1, s. 108-115
- Гусейнов Д.С. Особенности распределения многолетнего температурного режима на территории Азербайджана // Гидрометеорологические исследования и прогнозы. 2020. № С.110-116. DOI:10.37162/2618-9631-2020-4-110-116
- Климат Азербайджана /под ред. А.А. Мадатзаде, Э.М.Шыхлинского. Баку: Из-во АН Аз. ССР, 1968, 343 с.
- Лопатухин Л. И., Яицкая Н. А. Волновой климат Каспийского моря. Входные данные по ветру для гидродинамического моделирования и некоторые результаты расчетов. ‑ Океанология, 2019, т. 59, № 1, с. 12–21.
- Сафаров С.Г., Сафаров Э.С., Гусейнов Дж.С., Исмайылова Н.Н. Современные изменения атмосферных осадков на Каспийском побережье Азербайджана// Океанологические исследования, 2020, Том 48, № 1, С. 27–44
- Сафаров С.Г., Гусейнов Д.С., Кулиев З.Г., Ибрагимова И.В. Пространственно-временные особенности распределения осадков на территории Азербайджана// Гидрометеорологические исследования и прогнозы. 2022. № 1 (383). С. 43-56
- Mamedov R.M., Safarov S.G., Safarov E.S. Current changes of the atmospheric precipitation regime on the territory of Azerbaijan // Geography and Natural Resources, Elsevier, 2009, 30(4), pp. 403-407
- Gabriel K.R. The biplot graphic display of matrices with application to principal component analysis. Biometrika, 58(3), 1971, pp. 453–467.
- Imrani Z., Safarov S.H., and Safarov E.S. Analysis of Wind-wave Characteristics of the Caspian Sea Based on Reanalysis Data //Russian Meteorology and Hydrology, Vol. 47, No. 6, Москва, 2022, pp. 479–484. DOI: 10.3103/S1068373922060085
Çapa qəbul olunub: 28 oktyabr 2022
Məqaləni yüklə