Coğrafiya və təbii resurslar

SALYAN SÖZÜNÜN ETİMOLOGIYASI VƏ TARIXİ İLƏ BAĞLI COĞRAFİ YERLƏR

N.Q.Rüstəmov

Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü

Xülasə. “Səlyan” − selin yuduğu yer, “Sal” − türkdilli tayfa, “Sal-il” − illik xərac yeri kimi deyimlər olub. Yer adlarının tədqiqi ilə məşğul olan alimlərimiz Salyan sözünün etimologiyasını salın sahilə yan aldığı yer mənasını daşıdığını bildirirlər. Hazırda belə də qəbul olunur.

Salyanın tarixinin gec öyrənilməsinin əsas səbəbi vaxtilə Kür çayının yerdəyişməsi olub. Salyanın yaşayış məntəqəsi kimi formalaşmasında Qırxçıraq, Babazənli, Dirov, Qarayamanlı və Mahmudabad yaşayış məskənlərinin böyük rolu olub. Vaxtilə bu yaşayış yerləri Kür çayının sahilində yerləşiblər. Hələ qədim zamanlarda insanlar təbiətdən asılı olduğu üçün coğrafi meandrda yerləşən Salyanın ərazisinə miqrasiya etmişlər. Əhali XV əsrin sonunda indiki Salyanın ərazisində məskunlaşmağa başlayıb.

ƏDƏBİYYAT

  1. Rüstəmov N. Salyan rayonunun islamdan öncə və sonrakı tarixi. Bakı, 2013.
  2. Rüstəmov N. Necə oldu ki, Qazan xan Mahmud xan oldu? Bakı, 2009.
  3. Rüstəmov N. Salyanın tarixi keçmişi haqqında. “Qələbə” qəzeti. 1986, N72.
  4. Sadıqov Q. Salyan haqqında. “Qələbə” qəzeti. 2000, N18.

Məqaləni yüklə