Coğrafiya və təbii resurslar

ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONUNUN SU EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ

Z.N.Eminov, M.Ə.Teymurov*

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

[email protected]*

X ü l a s ə

Məqalə yeni yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonunun su ehti­yatlarının öyrənilməsinə həsr olunmuşdur. Su ehtiyatları aparıcı hidroloji modellərin sintezi və modifikasiyasına əsaslanmaqla tərəfimizdən işlə­nən innovativ Kompleks Su Balansı Metodu (CWBM) ilə hesab­lan­mışdır. Bütün tədqiqat prosesi yalnız ərazinin multispektral kosmik şə­killəri əsasında məsafədən zondlama vasitəsilə yerinə yetirilir. Müşahidə məlumatlarından asılılığın olmaması, zaman-məkan məhdudiyyətlərinin qoyulmaması, tədqiqatın ArcGis proqramının hesablama, müqayisə və ehtimal proqram təminatları vasitəsilə yerinə yetirilməsi metodun üstün­lüklərini təmin edir. Yeni metodikada su ehtiyatlarının həcminə təsir edən əksər axım formalaşdıran amillər nəzərə alınıb. Əvvəlcə kompleks morfometrik, landşaft, iqlim və digər mühüm amillərin müxtəlif ssenari­lərinə uyğun gələn axım əmsalları müəyyən olunur, sonra isə onların ərazidə paylanmasına görə su ehtiyatları qiymətləndirilir. Tədqiqat nəticəsində iqtisadi rayonun su ehtiyatları 1446,7 mln.m3 həcmində qiy­mətləndirilmişdir. Bölgənin su balansında atmosfer yağıntılarının 16,4 %-nin yerüstü axıma, 15,8%-nin çayların yeraltı qidalanmasına, 67,8%-nin isə buxarlanmaya sərf olunduğu müəyyən olunmuşdur.

Açar sözlər: su ehtiyatları, su balansı metodları, hidroloji torpaq qrupları, multispektral peyk şəkillər, LULCm, normallaşdırılmış fərqlilik indeksi

 

ƏDƏBİYYAT

  1. Abera Shigute Nannawo, et.al. Exemplifying the effects using wetspass model depicting the landscape modifications on long-term surface and subsurface hydrological water balance in Bilate Basin, Ethiopia. 2021. Advances in Civil Engineering Journal.
  2. Ampofo S., et.al. Modelling soil water balance of an agricultural watershed in the Guinea Savannah Agro-ecological Zone; a case of the Tono irrigation dam watershed. Ghana., 7 (1). 2020, pp. 69–81.
  3. Biswajeet Pradhan., et.al. Prediction of spatial soil loss impacted by long-term land-use/land-cover change in a tropical watershed. Sydney. University of Technology. 2017. Geoscience Frontiers 10 (2).
  4. Camille Thomason, P.E. Hydraulic Design Ma­nual. 2019. Runoff Coefficients. Tables Runoff Coefficients for Urban & Runoff Rural Watersheds.
  5. Junfang Liu., et.al. Water balance changes in response to climate change in the upper Hailar River Basin, China. Hydrology Research. 2020. 51 (5): 1023–1035.
  6. Mammadov R.M., Teymurov M.A. Asses­sment of water resources and risk of water losses due to climate changes and human activities. The Scientific Heritage Journal. Budapest, Hungary. 2019. No 34. pp. 3–12.
  7. National Land Cover Database-NLCD. Multi-Resolution Land Characteristics Consortium. 2019.
  8. New Jersey Stormwater Best Management Practices Manual. Computing Stormwater Runoff Rates and Volumes.
  9. Ponce V.M. & Shetty A.V. A conceptual model of catchment water balance. Formulation and cali­bration. Hydrology, pp. 27–40. Online version 2016.
  10. Raymond A. Kasei., et.al. Application of SWAT hydrological model for assessing water ava­ilability at the Sherigu catchment of Ghana and Southern Burkina Faso. HydroResearch Journal. Volume 3. 2020, pp.124–133.
  11. Renato Sılva Junıor., et.al. Response of water balance components to changes in soil use and ve­ge­tation cover over three decades in the Eastern Amazon. Water and Resources Management. 2021.
  12. Sharma J., Prasad R., et.al. Land use and land cover classıfıcatıon of multyspectral Landsat-8 satellıte ımagery usıng dıscrete wavelet transform. Remote Sen­sing and Spatial Information Sciences, volume XLII–5, 2018.
  13. Shima Nasiri, Hossein Ansari & Ali Naghi Ziaei. Simulation of water balance equation components using SWAT model in Samalqan Watershed, İran. Arabian Journal of Geosciences. 2020, volume 13.
  14. Teymurov M.A. Importance of studying of in­land water resources in sustainable development of the country and protection of ecosystems. International Conference: Understanding the problems of inland waters: case study for the Caspian basin (UPCB), Baku. 2018, pp. 326–332.
  15. Teymurov M.Ə. Ərazinin su balansı və rütu­bətlənmə şəraitinin yeni metodlarla qiymətləndirilməsi. Monoqrafiya. Bakı: “Elm və Bilik” nəşriyyatı, 2019, 202 səh.
  16. Teymurov M.Ə. Kiçik Qafqaz çaylarının su eh­tiyatlarının hesablanma metodikası və onların qiy­mət­ləndirilməsi. Coğrafiya üzrə fəlsəfə doktoru elmi də­rə­cəsinin iddiası üçün dissertasiya. 1999, 153 s.
  17. Teymurov M.Ə., Abduyev M.A. Hidroloji tor­paq qrupunun ərazinin torpaq istifadəçiliyi və su ehti­yatlarinin qiymətləndirilməsində rolu. AMEA Torpaq­şünaslıq və Aqrokimya İnstitutu, akademik Həsən Əli­yevin 110 illik yubileyinə həsr edilmiş Respublika Elmi Konfransı, Bakı, 2018, səh. 464–469.
  18. United States Department of Agriculture. Na­tural Resources Conservation Service. Part 630. Hydrology National Engineering Handbook. Chapter 7. Hydrologic Soil Groups. Issued January 2009.
  19. United States Department of Agriculture. Ur­ban hydrology for small watersheds. Technical Release 55 (TR-55). NRCS. Conservation Engineering Division.
  20. Кашкай Р.М., Теймуров М.А. Применение рационального метода при определении доли под­земной составляющей водного баланса. Известия Наук о Земле НАНА. 2016. № 3–4, стр.83–89.
  21. Мамедов Р.Г. Агрофизические свойства почв Азербайджанской ССР. Издательство Элм. 1989.
  22.  Мамедов Р.М., Абдуев М.А., Теймуров М.А. Роль условий увлажненности территории при оценке водных ресурсов и элементов водного ба­ланса. Гидрометеорология и экология. Алматы. 2020, № 3, стр.80–93.

 

Çapa qəbul olunub: 20 may 2022

Məqaləni yüklə