Coğrafiya və təbii resurslar

KİÇİK QAFQAZIN ŞİMAL – ŞƏRQ YAMACI  LANDŞAFTLARININ TRANSFORMASİYASINA MALDARLIĞIN TƏSİRİ

 

S.M.Abbasova  

Gəncə dövlət Universiteti, H.Əliyev pr. 429, Gəncə ş.

[email protected]

DOI: 10.59423/gnr.2023.46.35.008

X ü l a s ə

Mə­qa­lə­də Ki­çik Qaf­qa­zın şi­mal-şərq ya­ma­cı land­şaft­la­rı­nın  trans­for­ma­si­ya­sı­na mal­dar­lı­ğın tə­si­ri xü­su­siy­yət­lə­ri­nin qiy­mət­lən­di­ril­mə­si məq­sə­di­lə apa­rıl­mış  təd­qi­qat­la­rın nə­ti­cə­sin­də mü­əy­yən edil­miş­dir ki, bu­ra­da geo­komp­leks­lər­lə in­san­la­rın tə­sər­rü­fat və hə­yat fəa­liy­yə­ti ara­sın­da­kı mü­na­si­bət və on­la­rın qar­şı­lıq­lı tə­si­ri xey­li mü­rək­kəbli­yi ilə sə­ciy­yə­lən­mə­si şərh olun­muş­dur. Hey­van­la­rın sa­yı­nın il­bə­il art­ma­sı, ot­laq­lar­dan sis­tem­siz is­ti­fa­də olun­ma­sı, son il­lər iq­li­min qu­ru və is­ti keç­mə­si, ot­laq­lar­da yax­şı­laş­dır­ma təd­bir­lə­ri­nin apa­rıl­ma­ma­sı və sai­rə amil­lər hey­van­dar­lı­ğın, xü­su­sən qo­yun­çu­lu­ğun in­ki­şa­fı üçün mü­hüm rol oy­na­yan yay və qış ot­laq­la­rı­nın ero­zi­ya­ya və səh­ra­laş­ma­ya uğ­ra­ma­sı­na sə­bəb ol­ma­sı haq­qın­da mə­lu­mat­lar ge­niş yer alır. Land­şaft­la­rın trans­for­ma­si­ya­sı­na da­ha çox tə­sir gös­tə­rən baş­lı­ca amil təd­qi­qat əra­zi­sin­də mal­dar­lı­ğın in­ki­şa­fı ilə bağ­lı ye­ni is­teh­sal iq­ti­sa­diy­ya­tı­na ke­çil­di­yi dövr­də in­san­la­rın tə­biə­tə tə­si­ri­nin güc­lən­mə­si və ye­ni tə­bii-ant­ro­po­gen land­şaft­la­rın for­ma­laş­ma­sı, mal­dar­lı­ğın in­ki­şa­fı is­ti­qa­mə­tin­də ye­ni ot­laq sa­hə­lə­ri üçün me­şə­lə­rin qı­rıl­ma­sı və məhv edil­mə­si, bu­nun da ya­şıl­lı­ğın, ok­si­gen tə­bə­qə­si­nin azal­ma­sı­na gə­ti­rib çı­xar­ma­sı təh­lil olu­nur. Əra­zi­də dağ-çə­mən zo­na­sın­da mal-qa­ra­nın ni­zam­sız, nor­ma­dan ar­tıq və qey­ri fəs­li ota­rıl­ma­sı hə­min zo­na­da tor­paq­la­rın ero­zi­ya­ya uğ­ra­ma­sı­na sə­bəb ol­ma­sı, bit­ki ör­tü­yü­nün sıx­lı­ğı­nın iti­ril­mə­si haq­qın­da, tor­pa­qə­mə­lə­gəl­mə pro­se­sin­də, tor­paq çü­rün­tü­sü­nün for­ma­laş­ma­sın­da və tor­paq­la­rın ero­zi­ya­dan mü­ha­fi­zə olun­ma­sın­da çə­mən bit­ki­lə­ri­nin çox bö­yük ro­lu ol­du­ğu şərh edi­lir.

Açar sözlər: Kiçik Qafqaz, maldarlıq, landşaftlar, transformasiya, örüş, biçənək, antropogen təsir.

ƏDƏ­BIY­YAT

  1. Ab­ba­so­va S.M. “Ki­çik Qaf­qa­zın şi­mal-şərq ya­ma­cı­nın yük­sək dağ me­şə və dağ-çə­mən land­şaft­la­rı­nın kos­mo­land­şaft üsul­lar­la təh­li­li” Tə­bi­ət və elm Bey­nəl­xalq El­mi jur­nal. 1.524 Yük­sək im­pakt Fak­tor­lu 2021.Cild 3. Sa­yı 5. ISSN: 2707-1146. səh.45.
  2. Ab­ba­so­va S.M. “Ki­çik Qaf­qa­zın şi­mal-şərq ya­ma­cı land­şaft­la­rın eko­lo­ji po­ten­sia­lı­nın qiy­mət­lən­di­ril­mə­si” Coğ­ra­fi­ya­nın müa­sir prob­lem­lə­ri: Elm və Təh­si­lin in­teq­ra­si­ya­sı, Bey­nəl­xalq el­mi-prak­ti­ki konf­ran­sı­nın ma­te­ri­al­la­rı ⅠⅠ cild 29-30 no­yabr 2022, Ba­kı, Azər­bay­can. səh 165-169.
  3. Ab­ba­so­va S.M. “Ki­çik Qaf­qa­zın şi­mal-şərq ya­ma­cı land­şaft­la­rı­nın eko­geo­kim­yə­vi xü­su­siy­yət­lə­ri və op­ti­mal­laş­dı­rıl­ma­sı” AR ETN H.Əli­yev adı­na Coğ­ra­fi­ya İns­ti­tu­tu, Azər­bay­can Coğ­ra­fi­ya Cə­miy­yə­ti Na­ib Şi­ri­no­vun 100 il­lik yu­bi­le­yi­nə həsr olun­muş “İn­san və rel­yef tə­bii tə­ka­mü­lün əsas his­sə­si ki­mi” möv­zu­sun­da el­mi-prak­tik konf­ran­sın ma­te­ri­al­la­rı. Ba­kı-2022. səh 133-144.
  4. Bu­da­qov B.Ə., Qə­ri­bov Y.Ə. Tə­bii land­şaft­la­rın ant­ro­po­gen­ləş­mə­si­nin əsas is­ti­qa­mət­lə­ri. AR-nın konst­ruk­tiv coğ­ra­fi­ya­sı. Ba­kı: Elm, 2000, s. 159-165.
  5. Bün­ya­dov T.Ə. Azər­bay­can­da mal­dar­lı­ğın in­ki­şaf ta­ri­xi­nə da­ir. Ba­kı: Elm, 1969, 184 s.
  6. Qə­ri­bov Y.Ə. Azər­bay­can Res­pub­li­ka­sı­nın tə­bii land­şaft­la­rı­nın op­ti­mal­laş­dı­rıl­ma­sı. Ba­kı: Az­TU, 2012, 216 s.
  7. Qəribov Y.Ə. Azərbaycan respublikasının mü­asir landşaftlarının antropogen transformasiyası. Bakı: 2011, 299 s.
  8. Hacıyeva G.A. Kiçik Qafqazın şimal-şərq ya­maclarının kənd təsərrüfatı məqsədi ilə landşaft, zonal rayonlaşdırılması. Bakı:  1965, s. 95.

Çapa qəbul olunub: 20 dekabr 2023

Məqaləni yüklə

S.M.Abbasova Kiçik Qafqazin şimal – şərq yamaci  landşaftlarinin transformasiyasina maldarliğin təsiri. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 56-61.