Coğrafiya və təbii resurslar

İRAN İSLAM RESPUBLİKASININ ŞİMAL-QƏRB BÖLGƏSİNİN UNİKAL TƏBİƏT ABİDƏLƏRİ HAQQINDA

H.A.Xəlilov1, K.N.M.Əhmədzadə2

1AMEA akad. H.A.Əliyev adına Coğrafiya İnstitutu

2Bakı Dövlət Uiversitetinin doktorantı

Xülasə. İran İslam Respublikasının tədqiq olunan Ərdəbil, Şərqi və Qərbi Azərbaycan ostanlarının əra­zisində mövcud olan zəngin geoturizm obyektlərinin əhəmiyyətli və maraqlı qatını təşkil edən təbiət abidələrinin başlıca xüsusiyyətləri onların mənşə müxtəlifliyi ilə yanaşı, ayrı-ayrı növlərin nadirliyi, estetik və eləcə də elmi baxımdan böyük maraq doğurması və xüsusi özəllikləri ilə əlaqədardır. Bu abidələrin ölçüləri və miqyası Urmiya Milli Parkı kimi böyük bir ərazi ilə təmsil olunmuş  abidədən tutmuş Xalxal mineral su bulağı kimi kiçik bir abidəyədək onların geniş spektrini əhatə edir. Bu abidələrin  hər biri ayrı-ayrılıqda geoturizm obyekti kimi özünəməxsusluğu ilə diqqəti cəlb edir və özünün nadirliyi ilə xüsusi maraq doğurur. Məqalədə həmin abidələrin bəziləri haqqında məlumat verilir.

Məqaləni yüklə