Coğrafiya və təbii resurslar

CEYRANÇÖL MASSİVİNİNİN ƏKİLƏN BOZ-QƏHVƏYİ (ŞABALIDI) TORPAQLARININ DEHUMİFİKASİYASI

İ.Ə.Quliyev 

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

[email protected]

X ü l a s ə

Məqalədə Ceyrançöl massivinin geniş yayılmış boz-qəhvəyi (şabalıdı) tor­paqlarının yamacın ekspozisiyasından, meyillik və antropogenləşmə dərə­cə­sindən asılı olaraq, ekzodinamiki proseslərin təsiri altında baş verən deqra­da­siyasından bəhs olunur. Məqalədə humusla yanaşı, digər torpaq para­metr­ləri­nin fərqli təbii və antropogen təsir mühitində kəmiyyət, keyfiyyət dəyişmələri təhlil olunur. İlk dəfə olaraq Ceyrançöl massivində yamacların baxarlılı­ğın­dan, antropogen təsir dərəcəsindən asılı olaraq ekzodinamiki proseslərin təsiri qiymətləndirilmişdir. Xam sahədən fərqli olaraq əkinaltı torpaqlarda eroziya prosesinin sürəti torpaqdaxili proseslərdən dəfələrlə üstündür. Məqalədə de­humifikasiya prosesi ilə yanaşı, digər aqrokimyəvi göstəricilər, o cümlədən ümumi azot, mühit reaksiyası, karbonatlılıq, udulmuş əsaslar və fiziki gös­təri­cilərin relyefdən asılı olaraq dəyişməsi də verilmişdir. Bu dəyişikliklər ümumi qanunauyğunluğu əks etdirir. Ərazidə əkinçilik fəaliyyəti zamanı bunların nə­zərə alınması zəruridir.

Açar sözlər:

dehumifikasiya, ekzodinamiki, hidrotermik şərait, ekspozisiya, eroziya, deqradasiya, antropogen transformasiya

 

ƏDƏBİYYAT

  1. Müseyibov M.A., Süleymanov M.Ə. Cey­ran­çöl alçaqdağlığın təbii lanşaftı. Bakı: 1975. 129 s.
  2. Salayev M.E., Zeynalov Ə.Q. Ceyrançöl mas­sivinin torpaqları / Azərbaycan SSR-də torpaq təd­qi­qatları. Bakı: 1961. s. 5-69.
  3. Герцык В.В. – Водный режим черноземных почв на склонах разной экспозиции // Почвоведение. 1966, №6, с.37-46.
  4. Казанкин А.П. Оценка степени ан­тро­по­ген­ной деградации горных экосистем по изменению лесистости бассейнов рек (на примере Кавказа и Тянь-Шаня) // Экология, 1984. №6. С. 12-17.
  5. Ляхов А.И. Удобрения на эродированных земля. М.:Россельхозиздат,1975, с. 25-30.
  6. Наконечная М.А., Явтушенко В.Е. – Потери гумуса на склоновых землях ЦЧО// Почвоведение. 1989, №5, с. 19-26.
  7. Ромашкевич А.И., Лотов Р.А. – Транс­фор­мация ландшафтов и почвенного покрова Большого Кавказа// Почвоведение. 1988, №1, с.18-23.
  8. Швес И.И., Ковеза Г.П. Ландшафное обос­нование выбора эталона несмытых почв // Эро­диро­ва­ние почвы и повышение их плодородия. Ново­си­бирск: Наука.: 1985, с. 15-19.

 

Çapa qəbul olunub: 05 oktyabr 2021

Məqaləni yüklə