Coğrafiya və təbii resurslar

AZƏRBAYCANDA ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ VƏ BUNUNLA BAĞLI ÖLÜMLƏRİN CİNS-YAŞ VƏ REGİONAL FƏRQLƏRİ

A.R.Məmmədova

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

[email protected]

 

X ü l a s ə

Məqalədə Azərbaycanda  ürək-damar xəstəliklərinin  geniş yayılması və son zamanlar insanlar arasında ürək-damar  xəstəliklərindən əziyyət çə­kən­lərin sayının  xeyli artması, xəstəliyin nəinki yaşlılar, eyni zamanda cavanlar arasında müşahidə olunmasının artması haqqında məlumatlar yer alır. Res­publika ərazisində ürək-damar xəstəliklərinin əhalinin cins-yaş tərkibinə görə yayılma tendensiyasının öyrənilməsi və əhali arasında xəstəliyin lokali­za­siyasına görə qiymətləndirilməsi şərh olunur. Qadın və kişilər arasında xəs­tə­liyin yayılmasının həm genetik, həm də sosial problemlərin təsirinin böyük olması, qadınlara nisbətən kişilər arasında ölüm hallarının çox olması haq­qında məlumatlar və son 13 ildə 14-29 yaş arasında gənclərdə xəstələnmələrin təqribən 2 dəfə artmasının, əhalinin yaş qrupları və cins tərkibinə görə bu xəs­təliyə bağlı ölümlərin dinamikası tərtib olunmuşdur. Xəstəliklə bağlı ölüm­lərdə əksər yaş qruplarında kişilər, 50-65 yaş qrupunda isə qadınların üstünlük təşkil etməsi haqqında məlumatlar yer alır. 2019-2020-ci illərdə pandemiya ilə əlaqədar hər iki cinsin nümayəndələri arasında ölüm halları, ürək-damar xəstəliklərinin müxtəlif lokalizasiyasına görə kişilər və qadınlar arasında mio­kard infarktının üstünlük təşkil etməsi haqqında geniş məlumatlar ön plana çəkilmişdir.

Açar sözlər: Ürək-damar, cins-yaş, lokalizasiya, yaş qrupları, kardiologiya, ölüm halları.

 

Ədəbiyyat

  1. Azərbaycan Respublikasının Dövlət Sta­tistika Komitəsi. Bakı, 2020. 532 s.
  2. Baxşıyev M.M. Ürəyin ritm pozulma­la­rında elektrokardiostimulyasiya [Mətn]: dərs və­sa­iti / Bakı: Təknur, 2008. 320 s.
  3. Eminov Z.N. Əhalinin həyat səviy­yəsi və de­moqrafik vəziyyəti / Azərbaycan Coğ­ra­fiya Cə­miy­yə­tinin əsərləri. XI cild. Bakı, 2007. s. 265-274.
  4. Əlizadə İ.Q. Ürək-damar xəstəliklərinin prope­devtikası: Tədris nəşri. 2002. 104 səh.
  5. Əyyubov Ə.C. Bakı və Abşeron yarıma­dasının iqlimi və insan səhhəti. 1997. Bakı.
  6. İbrahimli F.İ. “Xroniki qeyri-infeksion xəstə­liklərin müalicəsinə naturopatik yanaşma. Bakı. 2021.
  7. Məmmədova A.R. Azərbaycanda ətraf mühitin ürək-damar xəstəliklərinə təsirinin tibbi və coğrafi əsas­ları Təbiət və elm. Beynəlxalq elmi jur­nal.”Təbiət elm­lərinin əsasları” mövzusunda I Res­publika Elmi Konf­ransının materialları. 24 iyun 2020. Bakı. səh. 81-85.
  8. Məmmədova A.R. Azərbaycanda təbii-coğrafi və ekoloji şəraitin ürək-damar xəstə­liklə­rinə təsirinin tibbi-coğrafi əsasları Azərbaycan Coğrafiya Cəmiy­yə­tinin əsərləri, Coğrafiya və tə­bii resurslar, №1(13), 2021, səh.108-113.
  9. Mahmudova İ.M., Mahmudov M.M. Re­gi­on­ların sosoial-iqtisadi inkisafının tənzim­lənməsi. Bakı. 2011.
  10. Rzayeva S.İ., Məmmədova A.R.. Abşeron iqtisadi rayonunun təbii-coğrafi və ekoloji şəraitinin ürək-damar xəstəliklərinə təsirinin tibbi-coğrafi qiy­mətləndirilməsi. Bakı Universitetinin xəbərləri, Təbiət elmləri seriyası № 4, Bakı, 2021, səh. 82-92.
  11. Wold health statistics 2021 (2022 01 yan­var) mənbə: http://www.who.int/news-room/fact-sheets/detail/the-top-10-causes-of-death
  12. Wold health statistics 2021 (2022 01 yanvar) mənbə: https://www.who.int/news-room/fact-sheets/detail/noncommunicable-diseases

 

Çapa qəbul olunub: 18 dekabr 2022

Məqaləni yüklə