Coğrafiya və təbii resurslar

AZƏRBAYCANDA TURİZM XİDMƏTİ BAZARINDA MÖVCUD PROBLEMLƏR VƏ ONLARIN ARADAN QALDIRILMASI YOLLARI

Z.T.İmrani*, G.Ç.Bayramova, İ.Y.Məmmədova

 

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu AZ 1143, Bakı, H.Cavid pros. 115
[email protected]*

 

Xülasə
Turizm sektorunun inkişafı, iqtisadi artım, inklüziv inkişaf, məşğul-luğun təminatı və s. birbaşa turizm xidməti bazarından asılıdır. Çünki tu-rizm xidməti bazarı ticarətin spesifik forması kimi deyil, turizmin inkişaf strategiyasını müəyyən edən aparıcı sahə qismində çıxış edir. O, xarici turisti cəlb edə bilən, gəlir gətirən, ölkələrarası əlaqələri genişləndirən, regional inkişafı stimullaşdıran, əhalinin rifah halını yaxşılaşdıran mühüm mənbələrindən biri hesab olunur. Məhz bu baxımdan, öz aktuallığı ilə diqqəti cəlb edən məqalədə, Azərbaycanda turizm sektorunun 2011–2020-ci illər üzrə fəaliyyət istiqamətinin təhlili aparılmış, turizmlə əlaqəli xidmət səviyyəsinin yüksəldilməsi yolları araşdırılmış, mövcud problemlərin həlli istiqamətində təkliflər verilmişdir. Bunun üçün turizm xidməti bazarının spesifik xüsusiyyəti öyrənilmiş, turizm üçün xarakterik sahələrə yönəldilən investisiyaların həcmi müəyyən olunmuş, Azərbaycana gələn və gedən tu-ristlərin sayı, onların xərclədikləri vəsaitin qiymətləndirilməsi aparılmış, proqnoz hesablamalar verilmişdir. Bununla yanaşı, turizm xidməti bazarın-da səyahət agentlikləri və turoperatorların rolu araşdırılmış, onların fə-aliyyətində nəzərə çarpar problemlər qeyd edilmişdir. Sonda belə nəticəyə gəlmişik ki, turizm xidməti bazarına dövlətin müdaxiləsinin birbaşa və ya dolayı yolla təsiri nəticəsində turizm xidməti səviyyəsinin yüksəldilməsinə nail olmaq mümkündür.

 

Açar sözlər: turizm, xidmət, mehmanxana, tələb, təklif, investisiya, səyahət agentliyi

 

ƏDƏBİYYAT
1. Azərbaycanda turizm. Statistik məcmuə. Bakı: DSK, 2021, 98 s.
2. Əlirzayev Ə.Q. Azərbaycanda turizm bazarının formalaşması amilləri və perspektivi. “XXI əsrdə turizm və istirahət: problemlər və perspektivlər” mövzusunda IV Beynəlxalq elmi-praktiki konfrans. Bakı, 2019, s. 46–50.
3. Gulalıyev M.G. Xarici iqtisadi fəaliyyət: tən-zimləmə ilə liberallığın tarazlığı. Elm və Bilik, Bakı, 2018, 363 s.
4. Gulalıyev M.G. Qloballaşma şəraitində Azər-baycanın beynəlxalq iqtisadi əlaqələrinin liberal-dirijist istiqamətləri. İqtisad elmləri dok. …avtoreferatı. Bakı, 2021, 60 s.
5. İmrani Z.T. Azərbaycan Respublikasının in-vestisiya siyasəti və onun perspektiv istiqamətləri. Coğrafiya və təbii resurslar. №1. Bakı, 2015, s. 87–90.
6. Məmmədov Y.Ə. Azərbaycan Respublika-sında müstəqil auditor xidmətinin iqtisadi səmərə-liliyinin qiymətləndirilməsi və onun yüksəldilməsi yollar. İqtisad elmləri dok. …avtoreferatı. Bakı, 2021, 68 s.
7. Turizmin əsasları. Bakı: QHT Nəşriyyatı, 2015, 496 s.
8. Imrani Z.T., Veliyeva G.V. Methodological basis of zoning of tourism-recreation reserves and tourism potential of Gusar region of the Republic of Azerbaijan. Journal of Geology, Geography and Geo-ecology. 30 (2), 379-388, 2021. doi: 10.15421/112134
9. Александрова А.Ю. Международный ту-ризм. Москва: 2002, 338 с.
10. Имрани З.Т., Керимова Э.Д., Зейналова К.З. Роль туроператоров и турагентов в развитии ту-ристического сектора в Азербайджане. Вестник Удмуртского Университета. Т. 31, вып. 2, 2021, с. 209-215. doi: 10.35634/2412-9518-2021-31-2-209-215.
11. Тайгибова Т.Т. Влияние индустрии туризма на экономику страны и социально-культурную сфе-ру. Материалы международной научной конфе-ренции«Актуальные вопросы экономических на-ук». 2011, Уфа, 2011, c. 125–128.

 

Çapa qəbul olunub: 20 may 2022

Məqaləni yüklə