KÜR DAĞARASI ÇÖKƏKLİYİ VİLAYƏTİNDƏ YAĞINTI REJİMİNİN UZUNMÜDDƏTLİ DƏYİŞMƏLƏRİ

 

S.H.Səfərov1, C.S.Hüseynov2, Z.G.Quliyev2

 1AMEA, H.Əliyev adına Coğrafiya İnstitutu

2Azərbaycan Hava Yolları QSC, Azəraeronaviqasiya HHİ

AZ 1104, Bakı, Zabrat Hava Limanı

camal_huseynov_88@mail.ru

X ü l a s ə

Məqalədə Kür dağarası çökəkliyi vilayətində qlobal iqlim dəyişmələrinin yağıntı rejiminə təsiri tədqiq edilmişdir. Tədqiqatda vilayətin ərazisində yer­ləşən 15 hidrometeoroloji stansiyanın 1991-2016-cı illər üzrə yağıntı və tem­peratur müşahidə məlumatlarından istifadə edilmişdir. Çoxillik (1991-2016) yağıntıların müxtəlif göstəricilərinin müvafiq baza kəmiyyətləri (1961-1990) ilə müqayisəli təhlili aparılmışdır. Təhlillər zamanı çoxillik sıraya həmçinin 2 dövr (1991-2004, 2005-2016) üzrə də baxılmış və yağıntı miqdarının aylıq, fəsillik və illik dəyişmələrinin müqayisəli səciyyəsi verilmişdir. İqlim şərai­ti­nin fərqli olmasına görə vilayətin Ceyrançöl, Qanıx-Əyriçay, Kür-Araz ova­lığının qərbi, mərkəzi və dəniz sahili hissələrinin yağıntı rejiminə ayrı-ay­rı­lıq­da diqqət yetirilmişdir. Nəticələr göstərir ki, vilayətdə son 25 il ərzində tem­peraturun orta illik qiyməti 1961-1990-cı illərlə müqayisədə 0.70C artım ol­muşdur. Bunun müqabilində 1991-2016-cı illər ərzində yağıntının illik miq­darı Beyləqan və Kürdəmir stansiyaları istisna olmaqla, digər stansiyalarda normaya (1961-1990) nisbətən azalmışdır. Bəzi yerlərdə bu azalma hətta 22%-ə çatmışdır. Alınmış nəticələr cədvəl, qrafik, histoqram və elektron xəritə şəklində təqdim edilmişdir. Kür dağarası çökəkliyi vilayətində orta illik tem­peraturun artması fonunda yağıntı miqdarının əsasən azalması gələcəkdə qu­raqlıq, səhralaşma və yeraltı su ehtiyyatlarının səviyyəsinin aşağı enməsi  ilə nəticələnə bilər.

Açar sözlər: İqlim dəyişmələri, mitiqasiya, yağıntı miqdarı, anomaliya,  norma kəmiyyəti, koreliyasiya, interpolyasiya,  tendensiya

 

ƏDƏBİYYAT

  1. Abdullayev V.R. Azərbaycanın Xəzəryanı əra­zi­lərində hava temperaturunun paylanması və çoxillik dəyişmələri /Azərbaycan coğrafiya cəmiyyətinin əsər­lə­ri, 2011, cild XVI, s. 233-236.
  2. Azərbaycan Respublikasının aqroiqlim atlası. Ba­kı-1993, 104 s.
  3. Həsənli L.A. Xəzər dənizinin Azərbaycan sahil zonasında meteoroloji parametrlərin müqayisəli analizi / Coğrafiya və təbii resurslar, 2017, №1, s.103-105.
  4. Hacıyev A.X. Kür-Araz ovalığında vegetasiya dövrünün temperatur şəraitinin təhlili /Azərbaycan coğ­rafiya cəmiyyətinin əsərləri, 2015, XVII cild, s.225-228.
  5. Xəlilov S.H., Səfərov S.H. Azərbaycan Res­pub­li­kasında havanın temperaturunun və atmosfer ya­ğın­tı­la­rının aylıq və illik normaları (1691-1990-cı illər). Bakı-2001, 229 s.
  6. Kərimov R.N. İqlim dəyişmələrinin təsirlərinin azaldılması və ona adaptasiya tədbirləri. Bakı-2016, 47 s.
  7. Məmmədov Ə.S. Azərbaycanda müasir iqlim də­yişmələri və onun proqnozlaşdırılması. Bakı- 2015, 328 s.
  8. Müseyibov M.A. Azərbaycanın fiziki coğ­ra­fi­yası. Bakı, “Maarif”, 1998, 201s.
  9. Rəhimov X.Ş., Həsənov M.S., Tağıyeva U.R. İq­lim dəyişmələrinin Azərbaycanın arid və semiarid zona­larının sərhədlərinə mümkün təsirinin qiy­mətləndi­ril­məsi /Coğrafiya və təbii resurslar, 2015, № 2, s. 61-64.
  10. Səfərov S.H., Mahmudov R.N. Müasir iqlim dəyişmələri və Azərbaycan. Bakı-2011, 312 s.
  11. Səfərov S.H., Hüseynov C.S., İbrahimova İ.V. Azərbaycan Respublikasının qərb ərazilərində uzun­müddətli temperatur dəyişmələrinin xüsusiyyətləri /MAA-nın Elmi Əsərləri, 2018, №1, s.101-108.
  12. Şıxlınski. Ə.M. Azərbaycan Sovet Sosialist Res­publikasının istilik balansı atlası. Moskva-1978, 93s.
  13. Климат Азербайджана (под ред. Э.М.Ших-линского и А.А.Мадатзаде). Изд. АН Азер­байд­жан­ской ССР. Баку-1968, 342 с.
  14. Сафаров C.Г. Грозоградовые и селевые яв­ле­ния на территории Азербайджана и радио­ло­ка­ци­он­ные методы их прогрозирования. Баку-2012, 292c.
  15. Huisman O., Rolf A. Principles of Geographic Information Systems. 2009 by ITC, Enschede, The Net­herlands.
  16. Rehfeld K., Münch T., Ling Ho S., Laepple T. Global patterns of declining temperature variability from the Last Glacial Maximum to the Holocene, Na­ture, 2018.
  17. Lindzen R.S., Taking Greenhouse Warming Se­riously, Energy & Environment, vol.18, (2007), p. 937-950.

 

Çapa qəbul olunub: 01 mart 2021

Məqaləni yüklə

 

Similar Posts

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir