“Coğrafiya və Təbii Resurslar” jurnalının əsas məqsədi müxtəlif coğrafi yanaş­malara (insan, fiziki, təbiət, cəmiyyət, CİS və s.) və problemlərə həsr olunmuş  elmi tədqiqatların nəşrini həyata keçirməkdir. Bu problemlər dünyanın və ya regionların fiziki coğrafi, ekocoğrafi, insan və təsərrüfat resurslarının qiymətləndirilməsi, idarə edilməsi və yerləşdirilməsi ilə bağlı ola bilər.

İnsan və təbiət problemlərinin həllində coğrafi nəzəriyyə və metodologiyanın tətbiqi ilə hər hansı bir mövzuya həsr edilmiş elmi məqalələr jurnala qəbul edilir. Bu, ətraf mühit və ya sosial-iqtisadi tədqiqat üsulları, problemləri və nəticələri, həmçinin insan və təbiət resurslarının idarə edilməsi və yerləşdirilməsi prinsipləri, nəticələri ilə bağlı istiqamətləri əhatə edə bilər. Məqalələr nəşrdən əvvəl rəydən keçirilir.

Jurnalın auditoriyası universitet və kitabxanalar; elmi tədqiqat institutları və cəmiy­yətlər; dövlət və beynəlxalq qurumlar, agentliklər; geoloji və mineral kəşfiyyat şirkət­ləri; parlament və inzibati orqanlar; təbiəti mühafizə təşkilatları; alimlər və doktorantlardır.