TİKİNTİ MATERİALLARI SƏNAYESİNDƏ KLASTER MODELİNİN TƏTBİQ İMKANLARI: BAKI VƏ ABŞERON-XIZI İQTİSADİ RAYONLARININ SƏNAYE COĞRAFİYASI KONTEKSTİNDƏ
N.Ə.Paşayev, N.K.Abdullayeva AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu pasayevneriman@mail.ru DOI: 10.59423/gnr.2025.42.54.008 Xülasə. Məqalədə Azərbaycan Respublikasının aparıcı sənaye mərkəzlərindən olan Bakı və Abşeron-Xızı iqtisadi rayonlarında tikinti materialları sənayesinin məkan təşkilində və inkişafında klaster modelinin tətbiqinin zəruriliyi elmi baxımdan təhlil olunur. Tədqiqatda Bakı iqtisadi rayonunun Qaradağ inzibati rayonu və Abşeron–Xızı iqtisadi rayonuna daxil…
