KONVEKTİV PROSESLƏRLƏ ƏLAQƏDAR OLAN TƏHLÜKƏLİ ATMOSFER HADİSƏLƏRİNİN STATİSTİK TƏHLİLİ
A.A.Bəşirova Milli Aviasiya Akademiyası. Bakı şəh., Mərdəkan pr., 30, AZ1045 aygun.agayeva@bk.ru X ü l a s ə Məqalədə konvektiv proseslər nəticəsində yaranan topa-yağış buludları və onlarla əlaqədar olan ildırım, leysan yağış və s. təhlükəli atmosfer hadisələrinin yaranması, inkişafı ətraflı təhlil edilmişdir. Arxiv məlumatlar əsasında Heydər Əliyev Beynəlxalq hava limanı ərazisində 2005-2020-cı illər ərzində…
