DAĞLIQ ƏRAZİLƏRDƏ DEMOQRAFİK İNKİŞAFIN DAVAMLILIĞININ QİYMƏTLƏNDİRİLMƏSİ (DAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNUN TİMSALINDA)
R.N.Kərimov Xülasə. Məqalədə Azərbaycanın dağlıq ərazilərindəki demoqrafik inkişafın və proseslərin dayanıqlığı Dağlıq Şirvan iqtisadi rayonunun timsalında tədqiq olunur və qiymətləndirilir. Bu dağlıq region uzun müddət Azərbaycanın geridə qalmış iqtisadi rayonlarından biri kimi tanınmış, ən aşağı urbanizasiya səviyyəsi və kənara miqrasiya axınları ilə səciyyələnmişdir. Hazırda da regionun bir çox yaşayış məntəqələri ilə bağlı demoqrafik situasiya…
