BƏRGÜŞAD ÇAYININ SU EHTİYATINDAN İNTEQRASİYALI İSTİFADƏ
Ə.Ş.Məmmədov, E.B.Cavadzadə, A.Ə.Bayramov “HIDROLOQ” Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ 1102, Bakı ş., Tbilisi pr. ahmad.m@hidroloq.az, arzuman.b@hidroloq.az DOI: 10.59423/gnr.2023.20.18.002 X ü l a s ə Məqalədə Bərgüşad çayının su ehtiyatından ətraf ərazilərin suvarma suyu ilə təminatında istifadə olunması ilə bağlı aparılmış araşdırmaların nəticələri verilmişdir. Aparılmış hidroloji hesabatlar çayın məcrasında, Qubadlı şəhərindən yuxarıda, 540 m mütləq səviyyədə…
