ŞAHDAĞ MİLLİ PARKININ LANDŞAFTI
T.O.İbrahimov Bakı Dövlət Universiteti AZ 1148, akad. Z.Xəlilov küç., 23 Xülasə. Məqalə Şahdağ Milli Parkı landşaftlarının tədqiqinə həsr olunmuşdur. Şahdağ Milli Parkının tutduğu sahə əsasən Böyük Qafqazın şimal-şərq, cənub-şərq və qismən də cənub yamaclarının bir hissəsini əhatə etməklə dağlıq ərazidə yerləşir. Bununla əlaqədar olaraq milli parkın landşaftlarının diferensiasiyasında yüksəklik qurşaqlığı mühüm rol oynayır. Ərazi tipoloji…
