ARAZBOYU DÜZƏNLİKLƏRDƏ ƏHALİ MƏSKUNLAŞMASININ LANDŞAFTA TƏSİRİNİN TƏDQİQİ
L.H.Həsənəliyeva Bakı Dövlət Universiteti AZ1148, Bakı, Akademik Zahid Xəlilov küçəsi 23 hasanaliyevaleman@gmail.com X ü l a s ə Məqalə Kiçik Qafqazın cənub-şərq yamacında yerləşən Arazboyu düzənliklərin işğaldan azad olunmuş ərazilərində əhali məskunlaşması və onun müasir problemlərinə həsr olunmuşdur. Bununla yanaşı işğal müddətində erməni işğalçılarının ərazinin ekoloji şəraitinə göstərdikləri mənfi təsirlər araşdırılmışdır. Hərbi təcavüz nəticəsində…
